“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Əbədi Yaşar İnsan” mövzusunda Sabirabadda kitab sərgisi keçirilib

Tarix 05.12.23, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il Heydər Əliyev İli çərçivəsində Sabirabad Dövlət Sosial İqtisad Kollecində Əbədi Yaşar İnsan" mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz və tarixi xidmətlərindən bəhs edən kitab sərgisi nümayiş olunub. Dərsdə III kurs tələbələri iştirak edib.

İlk öncə Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi
bütövlüyü, azadlığı və suverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən savaşda canından keçən qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran, xalqımızın böyük oğlu - Dahi Şəxsiyyətdir.
Dahi Şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan
Azərbaycanın vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Heydər Əliyev həyatı boyu hansı məqamda və vəzifədə olmağından asılı olmayaraq ürəyi daim Azərbaycanla döyünüb.

Səlmi Mehtiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədilik qazandığını və Heydər Əliyevin həyatı və fəaliyyətinin gənclərimiz üçün əsl məktəb olduğunu, hər kəsin bu məktəbdən bəhrələnməyinin vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap