![]() |
|














Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
Tarix 12.06.25, 21:15 |
|

Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü ildən bizi otuz iki il vaxt ayırır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkənin inkişafının sarsılmaz təməlləri qoyuldu.
1991-1993-cü illər ərzində Azərbaycanda dövlətin suveren mövcudluğuna çoxsaylı təhdidlər yaranmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələnmişdi. Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də Heydər Əliyevdən kömək istəməyə məcbur oldu. Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.
Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin ilk konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi. Nəticədə 1993 - 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil oldu. 2003-cü ildən etibarən isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib.
Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, cənab Prezidentimiz İlham Əliyev isə onu ustalıqla həyata keçirib.
Fatma Hüseynova
Xəbərin oxunma sayı : 349
Sosial
Xəbərlər
-
Nazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR
-
Binə qəsəbəsində narkotacir saxlanıldı - FOTO
-
17 yaşlı Umud 51 yaşlı qohumunu toyda niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Azərbaycan və İran XİN rəhbərləri danışdı - Nələr müzakirə olunub?
-
Bank kartlarından oğurluq edildi - MƏBLƏĞ
-
“Zümrüd Residence“də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü
-
ABŞ Rusiya neftinin qiymət tavanının azaldılmasını dəstəkləmir - “Bloomberg“
-
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
-
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
-
İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR
-
Ermənistanın sabiq baş naziri ev dustaqlığına alındı - milyonlarla bağlı ittihamlar
-
Birinci sinfə neçə uşaq qəbul olunub? - Açıqlandı
-
İsrailin zərbəsindən sonra bina uçdu - 60 sakin öldü
-
Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur - Hikmət Hacıyev
-
Tahir Kərimli “Vəhdət“ sədrliyindən getdi - Yeni sədr kimdir?
-
Bu müəllimlərin maaşı artacaq - RƏSMİ
-
İsrail İranın daha 2 generalını öldürüb - Rəsmi açıqlama
-
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ!
-
Beyləqanda bazar yandı - 13 nəfər tüstüdən zəhərləndi
-
Təl-Əvivdə böyük dağıntılar var - FOTOLAR
-
Bulvarda dənizə düşən şəxs belə xilas edildi - VİDEO
-
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
-
İran bu ölkələri vuracağını bəyan etdi - “Yeni hədəflərə çevriləcəklər...“
-
Cənub sərhədlərində radiasiya çirklənməsi aşkar edilmədi - Rəsmi
-
“ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb“ - XİN
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
-
Zərbələrdən sonra Təl-Əvivdə yaşayış binası çökdü - VİDEO
-
İranın uranı 60 faizə qədər zənginləşdirdiyi zavod məhv edilib - MAQATE
-
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
-
“Xoşbəxt deyiləmsə, heç kim sevinməsin” - İradə İbrahimova
-
SEPAH “Əsl vəd-3” əməliyyatına başlandığını elan etdi - VİDEOLAR
-
İki İsrail qırıcısı vuruldu - İsrailin qadın pilotu əsir götürüldü
-
Xətai sakinləri tullantı qablarının çoxluğundan şikayət edir - VİDEO
-
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
-
“İsrailin hücumu cavabsız qalmayacaq“ - Xamenei xalqa müraciət etdi
-
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
-
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dan açıqlama
-
İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək - TENDER
-
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi
-
Türk iş adamına məxsus taksi şirkətinin vergi borcu var - Külli miqdarda
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
-
“İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir“ - Tramp
-
“Space TV”yə xəbərdarlıq edildi - “Maşa və ayı”ya görə
-
“Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur” - Hikmət Hacıyev
-
Agentlik bir daha xəbərdarlıq etdi - “Son zəng“lə bağlı
-
İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
-
Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq
-
Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
-
Paytaxtın bu yolları iki gün bağlı olacaq - SİYAHI
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
-
“Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir“ - Nazirlik
-
AQTA-nın “rədd etdiyi“ məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ
-
Bu şəxslərə 2200 manat veriləcək - SİYAHI
-
İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi - RƏSMİ
-
Əlilliyə görə müavinətlər bu qədər artırıldı - YENİ MƏBLƏĞLƏR
-
Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı - FOTO
-
Piknik etmək olmaz! - Bakı sakinlərinə 100 manatlıq yay QADAĞAS
-
Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruça rəis təyin edildi
-
“Kupça” sabotajı nə vaxt bitəcək? - Deputat problemdən danışdı
-
Tibb məntəqəsinin müdiri cərimə edildi - Dələduzluğa görə
-
Prezidentdən Şahin Mustafayevlə bağlı sərəncam - DOSYE
-
“Bulanıq suda öz balıqlarını tutmağa çalışırlar“ - DİM sədri gileyləndi + VİDEO
-
Avtobus zolaqlarında maşınlara minib-düşə biləcəyik - VİDEO
-
Qısamüddətli leysan və 37°-dək isti olacaq - Sabahın havası
-
Polşa millisinin baş məşqçisi istefa verdi - Levandovskiyə görə
-
Azərbaycanda banklar reklama 100 milyon pul xərcləyiblər - Tam siyahı
-
Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
-
Prezident Bakıda yeni zavodun açılışında iştirak etdi - FOTOLAR
-
Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu
TOP 10
ARXİV