“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Müavinət və təqaüdlər neçə faiz artacaq? - Deputat açıqladı

Tarix 10.06.25, 10:12

Font ölçüsü : - / +
bitmap-img6


Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Millət vəkili Vüqar Bayramov bildirir ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.

İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.

İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.

İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.

Daha ətraflı videomaterialı təqdim edirik.






Xəbərin oxunma sayı : 1156




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap