“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan

Tarix 13.06.25, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


"İsrailin Qəzza başda olmaqla bölgədə qan, göz yaşı və xaos yaratmaq strategiyası bu səhər çox təhlükəli mərhələyə keçib".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı sosial media hesabından etdiyi paylaşımda bildirib.

“İsrailin qonşumuz İranı hədəf alan hava hücumları beynəlxalq hüquqa zidd, açıq təxribatdır. Bu hadisə İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzada baş verən insanlıqdan kənar əməllərə görə beynəlxalq təzyiqlərin artdığı bir dövrdə baş verib. Bu da İsrailin beynəlxalq normaları tanımayan düşüncəsini bir daha ortaya qoyur", - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, Netanyahu hakimiyyətinin bu cür təxribatçı, hücumçu və hüquq tanımayan addımları regionu və bütün dünyanı fəlakətə aparır:“Beynəlxalq ictimaiyyət artıq İsrailin qlobal və regional sabitliyə qarşı yönəlmiş  bu quldurluğuna dur deməlidir".

Türkiyə Prezidenti əlavə edib ki, bölgədə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirlər:“Netanyahu və onun qətliam şəbəkəsinin bölgəmizi alova atan hücumlarının qarşısı mütləq alınmalıdır. Orta Şərqdə daha çox qan, dağıntı və münaqişə görmək istəmirik. Bu gün bunu bir daha açıq şəkildə ifadə edirik.”

Sonda Türkiyənin İrana edilən hücumu qınadığı qeyd olunub:“Türkiyə olaraq qonşumuz İranı hədəf alan bu mənfur hücumu lənətləyirik. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. İran xalqına başsağlığı veririk".



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap