“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda 57 min aliment borcu yığılmış iki kişi - Həbs edildi

Tarix 04.06.25, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda keçmiş həyat yoldaşlarına külli miqdarda aliment borcu yaranan 2 kişi həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Salyan rayon Sarvan kənd sakini 1988-ci il təvəllüdlü A.Ağayevə 1 il 8 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, A.Ağayev boşandığı həyat yoldaşına 3 uşağa görə aylıq alimenti uzun müddət ödəməyib və 38 139 manat borcu yaranıb. Əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma (126.1-ci maddə) əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2019-cu ildə Əfv Sərəncamının təsir dairəsinə düşmüş şəxs məhkəmə zalındaca həbs edilib.

Oxşar hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən də çıxarılıb. Belə ki, məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü T.Əliyev 306-cı maddə üzrə təqsirli bilinərək 1 il müddətə həbs edilib. Onun keçmiş həyat yoldaşına 18 912 manat aliment borcunun yığıldığı və qarşı tərəfə uzun müddətdir ödəniş etmədiyi bildirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş 46 yaşlı kişi məhkəmə zalındaca qandallanıb.



Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap