“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO

Tarix 12.06.25, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

AzFakt.com Xəzər TV-yə istinadən məlumat verir ki, bu iddianı övladı Bakıdakı 264 nömrəli məktəb-liseydə təhsil alan valideyn səsləndirib.

Valideyn Rövşən Zeynallı bildirib ki, onun övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Onun qızının oxuduğu sinfin rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

9-cu sinif şagirdləri də iddiaların doğru olduğunu deyiblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap