“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Dronlara qarşı kifayət qədər müdafiə vasitələrimiz yoxdur“ - ABŞ konqresmeni

Tarix 09.06.25, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına (PUA) qarşı kifayət qədər müdafiə vasitələri yoxdur.

Bunu "Fox News" telekanalına ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Maykl Makkol deyib.

“Pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün əks tədbirlərimiz yoxdur və biz onları hazırlamalıyıq, çünki gələcəkdə müharibə belə olacaq”, - o deyib.

"Səmada getdikcə daha çox pilotsuz uçuş aparatları var, onlar minlərlə, artıq milyonlarladır. Düşünürəm ki, Pentaqon müasir hərbi texnologiyaların inkişafına daha çox vəsait ayırmalı və pulları İkinci Dünya Müharibəsinin qalıqları kimi bir növ "dinozavrlara" çevrilmiş köhnə gəmilərə xərcləməməlidir. Əlbəttə, onlara ehtiyacımız var, lakin biz süni intellekt texnologiyalarına diqqət yetirməliyik", qanunverici əlavə edib.

İyunun 6-da ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının istehsalının artırılması və müasir dronlardan qorunma ilə bağlı fərmanlar imzalayıb. Bununla bağlı Ağ Evin açıqladığı sənədlərdə qeyd olunur ki, bu gün dronlar "cinayətkarlar, terrorçular və düşmən xarici subyektləri texnologiyalardan getdikcə daha çox istifadə etdikləri üçün artan təhlükə yaradır".



Xəbərin oxunma sayı : 790




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap