![]() |
|














Xırdalanda dəşətli hadisə: Qızı başqasına qaçan ata oğlunu...
Tarix 16.10.23, 22:21 |
|

Xırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həmid qızı Sevilin başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq, əslən Beyləqan rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.
Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq, Sevilin yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi qənaətinə gəlib.
19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik edib.
Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub: “Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdilər. Evdə Samirədən qızımın harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin onu yola saldığını bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:
“Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra evə gəldim.
Axşam saat 21:20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də ona həddini aşmamasını söylədim”.
Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər tərəfindən döyüldüyünü, mobil telefonunun da əlindən alındığını deyib: “Ona inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefonu avtomobildə tapa bilmədik.
Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı divandan tulladığını və Samirə dəydiyini bildirib: “Əsəbi olduğumdan bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm hüquq-mühafizə orqanlarına müraciət etməzdim.
Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı mobil telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm”.
Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox, bir dəfə vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb, dörd nəfərlə dalaşaraq evə gəlib.
Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.
O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: “Qızım Sevillə bağlı Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə günü yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu içki qəbul etməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Samirənin sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən götürərək gedib: “Həmid onda Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu səbəbdən biz bir müddət kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir valideynlərinə yazığının gəldiyini, evin tək oğlu olduğunu bildirdi və biz Həmidgilin yanına qayıtdıq.
Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə, gələndə Samirlə münaqişə yaradırdı. Samirin harasa gedib-gəlməyini belə həmişə problem edib”.
Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə Samirin heç bir təqsiri olmayıb: “Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə sərxoş idi ki, heç danışa bilmədi, o ki qaldı kiməsə cavab qaytarsın və ya onu təhqir etsin.
Münaqişə zamanı qayınatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə fiziki xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və başının üzərinə çıxdı. Samirə çox ağır fiziki bədən xəsarətləri yetirdi. Mənimlə qayınanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə bıçaqlanmasaydı belə, çox ağır şəkildə döyüldüyü üçün öləcəkdi.
Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa doğru aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan iki dəfə vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdi”.
Zərərçəkmiş bildirib ki, əri Samir spirtli içkiyə meyilli olmayıb: “Sadəcə, hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir olunduğu üçün çox içki içmişdi”.
Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O, təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: “Həmidin nə səbəbə Samirlə yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o, ailəsi ilə birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.
Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan sonra Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını bildirdi. Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın mümkün olmadığını başa düşdü. Bacısına icazə verməsə, onun evdən qaçacağını anladı. Bu səbəbdən də Samir Sevilə iki gün sonra evə qayıtması şərtilə evdən getməsinə razılıq verdi”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 793
Kriminal
Xəbərlər
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
TOP 10
ARXİV