![]() |
|














Təhsil Nazirliyinin korluğumu, yoxsa “tərcümə xətası“ adı ilə cəmiyyətə “yedizdirilən“ cinayət?..
Tarix 23.01.22, 17:32 |
|

Rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərində 20 yanvar hadisələri Sovet ordusunun Bakını işğal etməsini təcavüz faktı komi yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib...
“Korluq” sözü dilimizdə təkcə fiziki qüsur, görmə qabiliyyətinin itirilməsi deyil, həm də “korluq çəkmək”, yəni nəyinsə yoxsulluğunu yaşamaq mənasında işlədilir.
Azərbaycandakı “rusbaşlar” üçün bu sözün hər iki mənası keçərlidir. Bunu faciə adlandırdığımız, əslində isə qətliam olan 20 yanvar hadisələrinin ildönümü ərəfəsində üzə çıxan, Azərbaycandakı məktəblərin rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərindəki “xəta” da sübut edir.
Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.
Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”
Qətliamın dərslikdəki bu təqdimatı, 1990-cı ilin yanvarında Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyətin 20 yanvar hadisələrinə verdiyi qiymətlə, izahla demək olar ki, tam üst-üstə düşür.
Belə çıxır ki, Sovet-rus-erməni ordusu həmin vaxt Bakını işğal etməyə, milli-azadlıq hərəkatını, Qarabağla bağlı xalqın HAQLI etirazlarını boğmağa yox, Xalq Cəbhəsinin “döyüşçüləri” ilə savaşmağa gəlib. Marşrut avtobuslarında, öz mənzillərində, avtomobillərində, hətta təcili tibbi yardım maşınlarında gülləbaran edilərək Şəhid olanlar, eləcə də dinc nümayişçilər isə "əli silahlı döyüşçülər" olublar.
Tariximizin yaddaşındakı bu qanlı səhifəyə, böyük faciəyə, qətliama bu cür xaincəsinə qiymət verməyə yalnız Moskvadakı o vaxtkı hakimiyyət və onun indi də davam edən imperiya təfəkkürü, bir də bu təfəkkürün yerlərdəki qulbeçələrinin və nökərlərinin köləlik, yaltaqlıq, saxtakarlıq xisləti qadirdir.
Həmin hadisələrə bu cür qiymət verən və azərbaycanlı adı daşıyanların milli kimlik sarıdan korluq, qıtlıq çəkdikləri şübhəsizdir. Çünki bu sətirləri bir azərbaycanlının, qanında, canında azca da olsa, millətimizə xas hansısa əlamət olan biri yaza bilməzdi…
Bəziləri, o cümlədən də, rəsmi qurumlar bunu “tərcümə xətası”, qəsdən edilməyən yanlışlıq kimi qələmə verməyə çalışırlar.
Rəsmi qurumları, o cümlədən də, Təhsil Nazirliyini başa düşmək olar. Onların işi zatən əksər hallarda öz yarıtmazlıqlarını, səhlənkarlıqlarını, bəzənsə, yararsızlıqlarını hansı yolla olursa olsun ört-basdır etmək, malalamaqdır. Ancaq hər kəsə məlumdur ki, bu dərsliklər məktəblərə göydən düşməyib. Hər halda, nazirlikdə də kimlərinsə əlindən keçib.
Kitabın nəşr edildiyi və Ramiz Mehdiyevə məxsus olduğu bildirilən “Şərq-Qərb” nəşriyyatından isə məsələ "tərcümə xətası" ilə ört-badır edilməyə şalışılır.
“4-cü siniflər üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişikliyi zəruri edir”- deyə, millətimizin, dövlətimizin tarixini təhrif etməyə yönəlmiş faktını sıradan bir hadisə kimi qələmə verirlər.
Əgər bunu görüb də məktəblərə ötürüblərsə, bu, bir cinayət - yox, əgər görməyiblərsə, bu da başqa bir cinayətdir – korluqdur! Həmçinin, bu biabırçılığa baxmayaraq, dərsliklərin dəyişdirilməməsi, 2023-cü ili gözləmək qərarının verilməsi də təhsilə cavabdeh qurumların hansı strateji düşüncəyə malik olduğunu üzə çıxarır…
Bu məsələ həm də rus bölmələrində vəziyyətin necə acınacaqlı olduğunu bir daha ortaya qoyur. Azərbaycanda ümumilikdə 90 mindən artıq şagird 340 məktəbdə rus bölməsində təhsil alır. Deməli, 90 min şagird, 90 min ailə, 340 məktəb isə 340 müəllim kollektivi, hər kollektivdə də yüzlərlə müəllim deməkdir.
Həmin dərsliklər 2019-cu ildən tədris olunur. Belə çıxır ki, 3 il ərzində bu qədər valideyn və müəllim, məktəb direktoru, onların müavinləri, ən azından həmin dərsi 4-cü siniflərə tədris edən müəllimlər arasında indiyə qədər bu “xəta”nı görən olmayıb?
Bu dərəcədə fiziki korluq mümkündür mü? Əlbəttə ki, yox. Sadəcə, görsələr də, buna heç məhəl belə qoymayıblar – “qoy uşaqlar elə belə də bilsin”. Çünki bunu görən və qarşısını almalı olanların çoxu elə həmin kitabın müəllifləri kimi düşünürlər, çünki yad dildə danışmağa, dərs deməyə üstünlük verən, övladlarını bu məktəblərə yollayanların hamısı olmasa da, əhəmiyyətli bir qismi fiziki yox, milli mənəviyyat korluğundan əziyyət çəkirlər. 20 yanvarda şəhid olanlar isə belələri üçün uzaq, yad adamlar, “kənddən gələnlər”dir…
Axtaran olsa, bəlkə, rus bölməsinə aid digər dərsliklərdə bundan da artıq və biabırçı təhriflərə, yalanlara, saxtakarlıqlara, Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərinə zidd olan məqamlara rast gəlmək olar. Və təhsilə cavabdeh olan qurumlar bu hallara “tərcümə xətası” adı qoyduqca da, bu biabırçılıq hələ uzun müddət davam edəcək...(azpolitika)
Xəbərin oxunma sayı : 385
Hadisə
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
TOP 10
ARXİV