Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Taksi sürücüsü ilə yatdığı yataqda ərini öldürdü - VİDEO

Tarix 19.01.24, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Kişi ona taksi sürücüsü ilə xəyanət edən həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Belə ki, Akif və Sahilə (Adlar şərtidir) bir il idi ki, ailə qurmuşdular. Kirayə qalan cütlük çox yaxşı yola gedir, bir neçə il işlədikdən sonra övlad sahibi olmaq istəyirdilər.

Bir gün Sahilə internetdən tapdığı iş görüşündən evə qayıdarkən taksi sürücüsü Şakirlə tanış olur. Şakir iş tapmamaqla bağlı başına gələn məzəli əhvalatlar uydurub onu güldürür və Sahilənin ondan xoşu gəlməyə başlayır. Ünvana çatanda Şakir maşından düşüb Sahilənin nömrəsini alır və onların münasibəti başlayır.

Bir neçə gün yazışdıqdan sonra Şakir Sahilənin evinə gəlir, onlar spirtli içki içərək bir-birinə sevgi etirafı edirlər. Daha sonra intim əlaqədə olurlar. Akif isə Sahilə ilə aralarında soyuqluq yarandığını hiss edir, amma büruzə verməməyə çalışırdı.
Şakir Sahilə ilə görüşmək üçün yenidən onun evinə gəlir. Onlar söhbət edərkən Akif qəfil evə gəlir. Evinin qarşısında yad maşın görüb sürətlə içəri girir. Onu qarşılayan həyat yoldaşından maşının kimin olduğunu soruşur, evdə başqa birinin olduğundan şübhələndiyini deyir və otaqları axtarır. Sahilə Akifi sakitləşdirərkən Şakir evdən qaçmağı bacarır.

Həmin gün Akiflə Sahilə axşama qədər söhbət edir. Sahilə daha sonra yemək hazırlayır, lakin Akif istəmədiyini, dincələcəyini deyir. Sahilə isə baş verənləri düşünərək səhərə qədər yatmır.

İstintaq zamanı məlum olub ki, səhər saatlarında Sahilə mətbəxdən götürdüyü bıçaqla Akifin boyun və kürək nahiyəsinə zərbələr endirərək onu qətlə yetirib. Lakin məhkəmədə Sahilənin verdiyi ifadələrdə qeyd olunub ki, əslində, Akif intihara cəhd etmək istəyib. Sahilə onun əlindən bıçağı almaq istəyərkən aralarında mübahisə yaranıb və Akif həyatını itirib.




Xəbərin oxunma sayı : 862




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap