Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

İki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə

Tarix 26.04.24, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


 Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub: "İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür.

 Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Qırğızıstan prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edən sözləşmə bunu deməyə əsas verir. Sadır Japarovun Prezident İlham Əliyevlə arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir".
      
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir: "30 il ərzində Qırğızıstan Ermənistan-Azərbaycan,Qarabağ münqişəsində Azərbaycanın ədalətli mövqeyini daim daim dəstəkləyib münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Qırğızıstan indi də Azərbaycanın yanındadır. Bundan sonrakı illərdə də Qırğızıstan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir.
      
Qırğızıstan üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Ona görə də Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğızıstan üçün də maraqlıdır. İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır".

Fikrət Əmrəhov



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap