“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türkiyənin icazəsi olmadan Rusiya bu addımı ata bilməz - Putin Ərdoğandan asılı hala düşür?

Tarix 06.12.22, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın məşhur “Bild” qəzetində dərc olunan məqalədə Rusiya-Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranı ilə bağlı gedən prosesdə Türkiyənin oynadığı rola diqqət çəkilib.

Musavat.com xəbər verir ki, Ukraynanın dünyanın dördüncü ən böyük taxıl ixracatçısı olduğunu və dünyada təxminən 400 milyon insanın yaşamaq üçün bu ölkənin taxılına ehtiyacı olduğunu bildirən qəzet Rusiyanın təxminən altı aydır Ukraynadan taxıl ixracının qarşısını aldığını xatırladıb.

Məqalədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın kritik məqamda məsələyə müdaxilə etdiyi qeyd olunub: "Bosfor Qara dənizlə Aralıq dənizini birləşdirən yeganə bağdır. Ona görə də Türkiyə prezidenti Ərdoğanın icazəsi olmadan heç bir Rusiya gəmisi içəri girə və ya çıxa bilməz. Ərdoğan bu üstünlükdən taxıl sövdələşməsi üçün istifadə etdi. Blokada bitdi. Bir neçə həftə sonra ilk Ukrayna yük gəmisi Yaxın Şərqə doğru hərəkət etdi".

Xatırladaq ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş iyulun 22-də Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanıb. Rusiya oktyabrın 29-da Ukraynanın Krıma hücumu səbəbindən müqaviləni dayandırdığını açıqlayanda prezident Ərdoğan yenidən məsələyə qarışıb.

Türkiyə Prezidentinin Putinlə görüşündən sonra - noyabrın 17-də dünyanı qlobal ərzaq böhranından xilas edən razılaşmanın 120 gün müddətinə uzadıldığı açıqlanıb.



Xəbərin oxunma sayı : 652




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap