![]() |
|














SPECA-nın Bakıda keçirilən Zirvə görüşü uğurla başa çatdı
Tarix 27.11.23, 13:00 |
|

Noyabrın 24-də paytaxtımız Bakı şəhərinindəki Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə bir sıra ölkələrin dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edərək çıxış edib. Qeyd edilib ki, bu il Birləşmiş Millətlər Təşkilarının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25 ili tamam olur. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Keçən müddət ərzində təşkilata daxil olan ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Eyni zamanda Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində Zirvə görüşündə iştirak ediblər. Bu tərkibdə keçirilən Zirvə görüşü görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına əminlik yaradır.
SPECA-ya üzv dövlətlər təşkilatın fəaliyyəti illərində öz dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib və iqtisadi cəhətdən sürətlə inkişaf ediblər. Üzv dövlətləri daha bir amil - siyasi sabitlik amili də birləşdirir. Sabitlik olmadan isə heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu da dövlətlərin və xalqların böyük nailiyyəti və uğurudur.
Ölkə başçısı öz çıxışında BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını bildirdi və qeyd etdi ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib və Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, "Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır".
Bildirilib ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq olduğundan otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.
Nəhayət ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özü təmin etdi.
Daha sonra Ermənistanın növbəti provokasiyalarına cavab olaraq və Qarabağ ərazisində qalmaqda olan "boz zona"ya son qoyulması məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində işğal altında qalmaqda olan bütün ərazilər üzərində Azərbaycanın suverenliyi tam bərpa edildi və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaqdır.
Sonda Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşününün yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.
Əvəz Məmmədov
Xəbərin oxunma sayı : 445
Sosial
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV