Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

SEPAH İsrailə raket zərbələri endirib - ABŞ-nin bazalarına PUA hücumu edib

Tarix 20.03.26, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hücum edib.

Bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasında "Xürrəmşəhr 4", "Qədr" raketləri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

"Hayfa və Təl-Əvivdə 25 obyekt darmadağın edilib",- məlumatda qeyd edilib.

Hərbi Dəniz Qüvvələrinin "Əl-Hədd" bazasında (Omanın şərqi) ABŞ hərbçilərinin 6 dəstək anqarını PUA və qanadlı raketlərlə hədəf aldığı vurğulanıb: "Bu anqarlarda saxlanılan "Patriot" hava hücumundan müdafiə sistemlərinin bəzi avadanlıqları tamamilə məhv edilib və "Şeyx İsa"dakı bazanın (Bəhreynin cənubu, Fars körfəzi sahili) arxa cəbhə təminatına ciddi ziyan dəyib".

Əlavə edilib ki, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindəki gəmilərə şübhəli hallarda yoxlama və nəzarətə götürülmə barədə SEPAH-a xəbər vermək tapşırılıb.

"Hörmüz boğazı İranın ali rəhbərinin (Müctəba Xamenei – red.) əmri ilə ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır",- məlumatda qeyd olunub.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap