“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən “kupça“ veriləcək

Tarix 09.05.24, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir. İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.

Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var:

"Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi”.

Ekspert yaxın vaxtlarda bu istiqamətdə portalın fəaliyyətə başlayacağını qeyd edib:

"2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi nəzərdə tutulub. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır və çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək”.



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap