“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Restoranların yeni fırıldağı - Görün necə aldadırlar...

Tarix 10.06.24, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos-terminal ilə deyil, kartdan-karta köçürməklə təklif olunur. Son vaxtlar belə hallarda artım müşahidə edilir. Bu isə müştərilər üçün əlavə çətinlik yaradır.  Bu hallarda qəbzlər verilmədiyinə görə, vətəndaşın şikayəti olsa belə onun hüquqlarını müdafiə etmək mümkün olmur. 

Bəs bu halların yayılması nə ilə bağlıdır? Analoji vəziyyətlə üzləşən vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu, həmin ictimai iaşə obyektlərinin açıq-aşkar vergidən yayındığını göstərir: 

"Əlbəttə, bu konkret olaraq vergidən yayınmadır. Belə halda ödəniş həmin ictimai iaşə obyektinin sahibkar hesabına deyil, hansısa fiziki şəxsin hesabına daxil olur və heç bir vergi də yoxdur. Bu açıq şəkildə vergidən yayınmadır və müştərilər bununla bağlı şikayət edə bilər”. 

Hüquqşünas Vergi Məcəlləsində belə hallarla bağlı sahibkarlara müəyyən cərimə və sanksiyanın nəzərdə tutulduğunu diqqətə çatdırıb: 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində bununla bağlı sanksiyalar var. Sadəcə, bu halda vergi orqanına məlumat vermək lazımdır. Vergidən yayınmanın cəriməsi gizlədilən məbləğin 50 faizini təşkil edir”. 



Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap