![]() |
|




.jpg)





645.jpg)



Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
Tarix 19.05.22, 23:36 |
|

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
31 yaşlı Şəhriyarın hansı səbəbdən 23 yaşlı arvadı Ləman Ələsgərovanı öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.
Lent.az həmin cinayət işinin materiallarını əldə edib.
İttihama görə, hadisə ötən il noyabrın 29-u saat 13 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı qonşuluqda yaşayan şəxslə qucaqlaşdığını görərək onu öldürmək qərarına gəlib. Bu səbəbdən Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı mətbəx bıçağı ilə qətlə yetirib və meyitini evin həyətinə atıb. Hüquq-mühafizə orqanları tərəfindən Şəhriyar Ələsgərov tutularaq istintaq təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Məhkəmədə Şəhriyar Ələsgərov özünü təqsirli bilib. O deyib ki, Ləmanla 2014-cü ildə ailə həyatı qurublar:
“Birgə nikahdan 3 qız övladımız olub. Usta kimi işləyib ailəmi saxlamışam. Ailə qurduqdan sonra Ləmanla münasibətlərimiz yaxşı olub, lakin 2019-cu ildən etibarən ailə münaqişələri baş verməyə başlayıb. Belə ki, arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evdə söz-söhbət olurdu. Mən səhər çıxıb, axşam gəlirdim. Ləmanın yaxınlıqda yaşayan Könül adlı qadının evinə gedib-gəldiyini qızımdan eşitdim. Mən ondan Könülgilə hansı səbəbdən getdiyini soruşdum, lakin o mənə yalandan dedi ki, Könülgilə getmir. Ləman mənim evdə olmadığım zamanlar artıq hər gün marketə və digər yerlərə getmək adı ilə evdən çıxması məndə şübhələr yaratmışdı. Onun başqa bir kişi ilə görüşdüyünü güman edirdim. Bu səbəbdən Könülgilə getdim və ondan bildiklərini deməsini xahiş elədim. Könül mənə dedi ki, Ləman narkotik vasitədən istifadə edir və Taleh adlı şəxslə görüşür. Mən evə gələrək Ləmandan Taleh barəsində soruşdum. O, mənə heç kimlə münasibət saxlamadığını dedi. Onunla aramızda ciddi münaqişə yarandı. O, polisə zəng edərək yalandan dedi ki, ərim məni döyür”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə aralarında olan mübahisələrin birində Ləmanın əsassız şikayəti əsasında inzibati qaydada həbs olunub:
“Artıq Ləmanın mənə xəyanət etdiyinə əmin idim. Bir dəfə onun Talehlə görüşməklərinə şahid olmuşam. Talehin idarə etdiyi gümüşü rəngli “Chevrolet Niva” markalı avtomobilin arxa sərnişin oturacağında Ləmanı gördüm. Ləman isə məni görüb həyəcanlı şəkildə oradan uzaqlaşdı. Evə gəldim, aramızda dava oldu. Ondan tələb etdim ki, video çəkiliş qarşısında mənə xəyanət elədiyini etiraf etsin. O çəkiliş qarşısında mənə 5 dəfə xəyanət etdiyini dedi. Lakin əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz verdi. Bundan sonra 3 qız övladıma görə Ləmanı bağışladım”.
Şəhriyar Ələsgərov bildirib ki, arvadı Ləman söz verməsinə baxmayaraq, əməllərindən əl çəkməyib:
“Sentyabrın 27-də evə gələndə gördüm ki, Ləman uşaqları atıb qaçıb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verdim. Bir neçə gün sonra polis Ləmanı tapdı. O, polisə verdiyi ərizədə itkin düşmədiyini və öz xoşu ilə evdən getdiyini bildirmişdi. Bu hərəkətlərindən sonra Ləmandan boşanmaq üçün iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Lakin hadisədən 10 gün qabaq Ləman zəng edib mənimlə barışmaq istədiyini bildirdi. Ləmanla görüşüb onun kirayə qaldığı evə getdim. O ev Mehriban adlı qadının idi. Ləman onu Könül vasitəsilə tapmışdı. Ləmana sonuncu dəfə inanıb onunla yenidən yaşamağa qərar verdim. Hadisədən 1-2 gün qabaq onun yenidən gizli olaraq kiminləsə görüşdüyündən şübhələndim. Bir gün ev sahibi Mehribanın qardaşı Əlibala ilə Ləmanın birlikdə narkotik çəkdiklərini gördüm. Dava düşdü, mübahisə yarandı. Hətta Ləman uşaqları götürüb evdən çıxmaq istəyəndə Mehriban qoymamışdı”.
Sonra təqsirləndirilən şəxs qətl hadisəsinin baş verdiyi günündən danışıb. Qeyd edib ki, söhbət etmək üçün Ləmanla Pirşağı çimərliyi istiqamətinə gedib:
“Ləman mənə tövbə etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirdi. Bu söhbətdən sonra Mehribangilin evinə qayıtdıq. Ləman Mehribanın yanına getdi. Mən gizlincə onların danışığını eşitmək üçün pəncərənin yanına keçdim. Onlar mənim barəmdə nalayiq sözlər danışırdılar. Bundan sonra Mehriban evdən çıxıb harasa getdi. Təxminən bir neçə dəqiqədən sonra Ləmanın oturduğu həmin otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini eşitdim.
Pəncərənin yanından əyilib otağa baxanda gördüm ki, Ləmanla Əlibala qucaqlaşaraq öpüşürlər. Mən gəlib evin qapısını döydüm. Onlar qapını açanda donub qaldılar. Ləmanı marketə getmək adı ilə çölə çıxartmaq istədim. Lakin gəlmədi, mübahisəmiz yarandı. Bu vaxtda Əlibala evdən çıxıb getdi. Mən Ləmanı yenə çölə çıxartmaq istədim, dedim uşaqların yanında mübahisə eləməyək. Yataq otağına keçəndə stolun üstündə “patı” adlanan narkotik vasitəni gördüm. Ləmana heç nə demədim, otaqdan bıçağı götürüb, gödəkcəmin cibinə qoydum. Ləmanla evdən çıxıb market tərəfə getdik. Yolda ona hər şeyi gördüyümü, evə gedəndə bu barədə danışacağımı dedim. O isə evə qayıtmayacağını dedi. Yol boyu yüksək səslə danışırdı ki, insanların arasında məni pis vəziyyətə salsın. Onu zorla tutub, evin həyətinə saldım. Darvazadan içəri girən kimi bıçaqla onu vurdum. O yenə məni söyməyə başladı. Məni özümdən çıxartdı, onu öldürmək niyyətim yox idi. Lakin söyməyə davam elədi, bıçaqla ona yenidən zərbələr vurmağa davam elədim. Bu zaman Əlibaba evdən çıxıb üstümə gəldi. Ona yaxın gəlməməyi dedim. O da sakitcə evə qayıtdı. Ləman yerdən qalxıb yaralı vəziyyətdə qonşu tərəfə getdi. Mən də evə girib uşaqları götürdüm, taksi sifariş verdim. Qonşunun evinin qarşısına baxanda Ləmanın can verdiyini gördüm. Qonşudan polisə və təcili yardıma məlumat verməyini xahiş elədim. Uşaqları valideynlərimin yanına apardım, onlarla halallaşdım. Daha sonra polisə gedib təslim oldum”.
Məhkəmə prosesində adı keçən Əlibala şəxsin istintaqa ifadəsi elan olunub. O da ifadəsində bacısı Mehribanın evində Ləman Ələsgərovanı gördüyünü və bir neçə gün sonra isti münasibətləri yarandığını etiraf edib. O, Ləman Ələsgərova ilə cinsi münasibətdə olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 1225
loading...
Kriminal
Xəbərlər
-
Prezident Ramanada - Fotolar+Video
-
Azərbaycan polisinin dəyişən siması: zor aparatından intellektual xidmətə doğru...
-
“Türkiyənin 30 şirkəti Qarabağa 1 mlrd dollarlıq investisiya yatıracaq“ - Yakup Sefer
-
Braziliyalı model Ukraynadakı müharibədə öldü: İŞİD-ə qarşı da döyüşmüşdü
-
Roza Zərgərlinin oğluna niyə ev verilib? -Rəsmi açıqlama
-
Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”
-
Monqollarla türklərin qarışığı – Dünyanın diqqətini özünə cəlb edən qaraqalpaqlar kimdir?
-
Azər Ayxan “Yeni Müsavat”dan istefa verdi – “Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan...”
-
“Kişilər mənə yaxınlaşmağa qorxurlar” - Dilarə Kazımova
-
“Finlandiya və İsveçin öhdəlikləri necə yerinə yetirməsini nəzərə alacağıq“ - Fəxrəddin Altun
-
Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”? - Bakıdakı liftlər ölümə aparır...
-
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
-
Bu ərazilərə yağış yağacaq - Sabahın havası
-
Cənubi Koreya prezidenti: “İstənilən hərbi təxribata dərhal cavab veriləcək”
-
Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - FOTOFAKT
-
Bakıda tiryəkxana təşkil edən dəstə saxlanılıb - VİDEO
-
“Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər“ - QMİ
-
Meymunçiçəyi testi necə götürüləcək? - Açıqlama
-
Sürücülük vəsiqəsinə dair yeni prosedur - MÜƏYYƏNLƏŞİR
-
Keçmiş diplomat indi necə qazanır? – Anar Kərimova ipucu
-
Boris Conson istefa verməyəcək: Hətta yeni nazirlər təyin edib
-
“Prestij-V” MTK-nın “Ağ şəhər“də “qara işləri“ - Təfərrüat
-
Nazir özünə yeni müşavir götürdü - Rüfət Hacıəlibəyov kimdir?
-
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
-
Ehtiyatda olan hərbçilər təlim toplanışına çağırıldı - RƏSMİ
-
“Rusiya Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək“ - Britaniya kəşfiyyatı
-
Meymunçiçəyinin Azərbaycana gəlməsi qaçılmazdır - təhlükədən qorunmaq yolları
-
Azərbaycanda siqaretin qiyməti “dodaq yandırır”- mafiyanın əməli, yoxsa..?
-
Bu gün III qrupa qəbul imtahanı keçirilir - Diqqət!
-
“Qarabağ“ “Lex“ə uduzdu - VİDEO
-
Şəbnəmdən Səidənin onun haqda dediklərinə cavab - “Mən onu ciddiyə almıram”
-
Yol nəqliyyat hadisəsi protokolu belə tərtib ediləcək -YENİLİK
-
Boris Consona daha bir zərbə - iki naziri istefa verdi
-
Neft kəskin ucuzlaşdı - FOTO
-
Ankarada Türkiyə ilə İtaliya arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb - FOTO
-
Fərruxda tapılan şəhid qalıqlarının aqibəti - VİDEO
-
Yerüstü piyada keçidləri niyə istifadə olunmur? – VİDEO
-
Səfər Mehdiyev üçün çalınan əcəl zəngi - Gömrük Komitəsinin ləğvi gündəmdə...
-
Qadını döyən sürücü niyə işə qaytarıldı? – Yeni detallar
-
“Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!...” – Sabiq nazir 30 il əvvəl AMİP-in qurultayında olanlardan yazır...
-
Metroya balta ilə girən şəxs saxlanıldı - Cinayət işi başladıldı
-
“ARAZ” marketdə aldadıcı endirim aksiyası – Alıcı saxtakarlığı aşkarladı + FOTO
-
Qurbanlıq heyvanların onlayn satışına start verildi – VİDEO
-
“Yunanıstan İtaliya üçün təhlükə yaradır” - Ərdoğan
-
Bina evində yaşayanlar üçün vacib xəbər – VİDEO
-
Nərimanov rayonunda məhəllə narkomanların yuvasına çevrilib, sakinlər narahatdır - VİDEO
-
150 yaşlı binanın sakinləri təhlükə ilə üz-üzə - VİDEO
-
İsmayıllıda şok hadisə: Qadın ərini döyərək xəstəxanalıq etdi
-
Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə səfər edib - FOTO
-
“Hansı hallar vətəndaşlığın itirilməsinə əsas verir?” – VİDEO
-
Qaraçuxurda yol qəbiristanlığa satılıb? - AÇIQLAMA
-
“FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq“ - NATO-nun Baş katibi
-
Aygün Kazımova yay günü qaraya büründü - FOTO
-
Günün transfer xəbərləri: “Çelsi“ heyətini dünya ulduzu ilə gücləndirəcək?
-
Bakı və Sumqayıtda “Kənddən Şəhərə” yarmarka təşkil olunacaq - Qurban bayramı ilə bağlı
-
FHN-in keçirdiyi tenderdə sənədlər saxtalaşdırılıb - Baş Prokurorluğa müraciət olundu
-
Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”
-
“Nömrələrini versinlər, paylaşmazdan əvvəl icazə istəyim“ - Deputatı sildiyi statusdan danışdı
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Azərbaycanın builki dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb
-
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib - VİDEO
-
BŞİH-in 600 minlik tender verdiyi şirkətin rəhbəri kimdir? – FAKTLAR
-
“Sanksiyalara baxmayaraq, Rusiyadan Çinə neft ixracı davam edir“ - Bloomberg
-
Xuraman Muradovanın ölkədən çıxışı qadağan edildi – FOTO
-
Bakıda polis əməliyyatlar keçirib - VİDEO
-
Türkiyədə böyük mafiya əməliyyatı: məşhur isimlər prokurorluğa çağırıldı
-
Prezident dövlət agentliyinə 6,9 milyon manat ayırdı - Sərəncam
-
Ağdam Sənaye Parkında 800 nəfər daimi işlə təmin ediləcək - FOTO
-
Bakı metrosunda əlində balta ilə gəzən şəxs qorxu saçır - VİDEO
-
Çin lideri Putinin dəvətini qəbul etməyib - KİV
-
“Sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb“ - Umayra Tağıyeva
-
“İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb” - Baş katib
-
Deputatın yazıb sildiyi status gündəm oldu - FOTO
-
“Yaponiya Rusiya nefti və təbii qazından məhrum ediləcək“ - Medvedev
-
Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış...
-
Abituriyentlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
-
Əli Həsənova bağlı olan daha 2 şirkət ləğv olunur – Rəsmi
-
“Rusiyanın 36 350 hərbçisi məhv edilib“ - Ukrayna Baş Qərargahı
-
Baş Prokurorluq: Bu xidmət ödənişsizdir
-
11 bağça müdiri ciddi nöqsanlara görə işdən çıxarıldı - SİYAHI
-
Məktəbdə şagirdlərə “mərsiyə“ öyrədən müəllimədən növbəti təxribat - FOTOFAKT
-
“Hələ cavanam, elçilərim çoxdur” - Roza Zərgərli
-
Azərbaycana meymunçiçəyi test dəstləri gətirildi - RƏSMİ
-
Qubada daşı daş üstə qalmayan tarixi məscid - VİDEO
-
“Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub“ - Ukrayna Baş Qərargahı
-
Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI
-
59 yaşlı Türkiyə gözəlindən bikini şou - FOTO
-
“Bizi “Lex“lə çox çətin oyun gözləyir“ - Qurban Qurbanov
-
Qarabağdakı ermənilərə pasportumuz nə vaxt veriləcək ? – VİDEO
-
Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq? - VİDEO
-
Bakıda yeni tikilən binada lift qırıldı, xəsarət alan var - VİDEO
-
Azərbaycanda hava məlumatı üçün ayrıca tətbiq istifadəyə veriləcək - SƏBƏB
-
Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - VİDEO
-
“Bakıspirt“in sahibi kimdir? - Daha bir məmur haqqında sensasiyalı məlumatlar yayılıb...
-
Azərbaycanda siqaret niyə bahalaşır? - ARAŞDIRMA
-
Paytaxt yollarının bitməyən tıxac dərdi: Bu yolların alternativi yoxdur
-
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb - FOTO
-
Bakıda metrodan istifadə edənlərin diqqətinə: Bu gündən... VİDEO
-
Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? – “Vaşinqton Post”
-
Çində yoluxma artdı: 1,7 milyon insan karantinə alındı
-
İlham Əliyev Baydenə məktub göndərdi - TAM MƏTN
-
DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs həbs edildi
-
“Silahı yerə qoysaq, məhv olacağıq“ - Volodimir Zelenski
-
İnsanları dənizə həsrət qoyan “Böyük Buzovna səddi” söküldü - VİDEO
-
Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? - Kim hansı qiymətə istəyir satır
-
Səidədən Şəbnəmə cavab: “Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz”
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı - VİDEO
-
Prezident onları təltif etdi - SİYAHI
-
“Araz“ marketdə saxta endirimin biabırçılığı - Guya 12 manatdan 7.79-a düşüb
-
Deputat AZAL-ı yıxıb-sürüdü: Cahangir Əsgərova heç kimin gücü çatmır
-
Qazi özünü yandırdı - İcra hakimiyyətinin qarşısında
-
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“Azərbaycana qarşı bu gün də kiber fəzada ciddi təhdidlər var” - Nazir müavini
-
“Müharibə 2023-cü ildə başa çatacaq” - Ukrayna kəşfiyyatı
-
“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil - AÇIQLAMA
-
“Qurban əti ilə kabab məclisi qurub şəklini paylaşmaq haramdır“ - İlahiyyatçı
-
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi - VİDEO
-
Sabah 36 dərəcə isti gözlənilir - HAVA PROQNOZU
-
““Lombardlar haqqında“ qanun layihəsini dörd ildir kimlər yubadır? - ARAŞDIRMA
TOP 10
ARXİV