“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qazaxıstandan at-qatır, Monqolustandan qoyun-quzu əti, Braziliyadan dil - Ötən ilin ət idxalı statistikası

Tarix 14.02.25, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın rəsmi statistikasına əsasən 2024-cü ildə ölkənin ət idxalı dəyər ifadəsində 49,4 faiz, miqdar baxımından isə 41 faiz artaraq 129 milyon 556 min dollar dəyərlə 58 min 689 ton təşkil edib. Bu idxalın strukturuna baxdıqda bir sıra maraqlı məqamlar diqqəti cəlb edir.

Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə ötən il Azərbaycana Qazaxıstandan 24,7 min dollarlıq 14,53 ton at və qatır əti gətirilib, sonra isə yenidən Qazaxıstana qaytarılıb.

2024-cü ildə ölkəmizə Braziliyadan 3 min tona yaxın iribuynuzlu heyvan dili gətirlib. Belarus, Rusiya, Ukrayna və Braziliyadan ümumilikdə 75,44 ton iribuynuzlu heyvan qaraciyəri idxal olunub.
Monqolustandan 2023-cü ildə 39,5 ton təşkil edən quzu, qoyun əti və əlavələri 2024-cü ildə 637 tona yüksəlib.

Braziliyadan mal, donuz və hindtoyuğu əti idxalı 2023-cü ildəki 4002,58 tondan 2024-cü ildə 4791,43 tona, Ukraynadan mal və toyuq əti idxalı 2023-cü ildəki 15019,94 tondan 2024-cü ildə 23511,89 tona, Rusiyadan 2023-cü ildə 9207,37 ton olan maldan tutmuş ördək ətinə qədər idxal 2024-cü ildə 14120 tona, Belarusdan 3014,5 ton olan mal, toyuq, göyərçin, hindtoyuğu əti idxalı 13240,32 tona qədər artıb.



Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap