Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - Polkovik İmrəliyev kimdir?

Tarix 25.05.26, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.

AzFakt.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Bu barədə "Qafqazinfo" məlumat yayıb. 

Əmrə əsasən Vətən Mübaribəsi Qəhrəmanı polkovik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini təsdiqlənib.

Qeyd edək ki, Füzuli İmrəliyev daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb. Sonradan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Kobra” xüsusi təyinatlı dəstəsinin komandiri olub. Sonuncu vəzifədə xidmət edərkən Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib.

Əslən Cəbrayıl rayonundan olan Füzuli Şiraslan oğlu İmrəliyev Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib.

Hərbi məktəbi bitirdikdən sonra xidmətə başlayan F.İmrəliyev 2008-ci ildə baş leytenant olarkən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

O, 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalına layiq görülüb.

Füzuli İmrəliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Həmin vaxt o, polkovnik-leytenant rütbəsində idi.

Polkovnik-leytenant Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. O, Hadrut əməliyyatının rəhbərlərindən biri olub. Şuşanın azad edilməsi üçün xüsusi qəhrəmanlıq göstərib, döyüşlər zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində fərqlənib. F.İmrəliyev Daşaltı kəndinin düşməndən təmizlənməsi məqsədilə həyata keçirilən döyüş əməliyyatı zamanı yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən, Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsində hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdiyinə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.

F.İmrəliyev ölkə başçısının 2020-ci ilin dekabrında imzaladığı sərəncamlarla "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilədə təltif edilib.

Vətən Müharibəsindən sonra hərbi fəaliyyətini DTX-da polkovnik rütbəsində davam etdirən Füzuli İmrəliyev Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb.

Qeyd edək ki, modern.az-ın məlumatına görə, Füzuli İmrəliyevin bacısı oğlu, baş çavuş Məhəmməd Hüseynov 44 günlük müharibədə şəhid olub. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən Məhəmməd Hüseynov şəhid olarkən 26 yaşında idi.


O, Türkiyədə Jandarma Komando məktəbində 6 aylıq xüsusi təyinatlılar kursunu keçmiş, paraşutla atlanma, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilmişdi

İkinci Qarabağ müharibəsində Murovdağ uğrunda döyüşlərdə iştirak edən xüsusi təyinatlımız, daha sonra dədə-baba yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulmuşdu. Baş çavuş M.Hüseynov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. O, 4 bacının tək qardaşı idi.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Məhəmməd Alik oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medaları ilə təltif edilib. Şəhidin bir oğul övladı yadigarı qalıb.

Məhəmməd Hüseynovun əmisi Hüseyn Hüseynov da Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyev və onun şəhid olan bacısı oğlu Məhəmməd Hüseynov Azərbaycanın məşhur Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin nəslindəndirlər.

Füzuli İmrəliyev Sərdar İmrəliyevin qardaşı oğlu, Məhəmməd Hüseynov isə nəvəsidir (qızının övladı).

Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyev 1930-cu ildə Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. Sonradan Beyləqan rayonuna köçüb.

O, Beyləqan rayonunun Bahar qəsəbəsində yaşayarkən mexanizator işləyib, pambıqçılıq briqadasının briqadiri olub. Vaxtilə Sovet İttifaqı miqyasında tanınan Sərdar İmrəliyev pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Tanınmış mexanizator öz briqadası ilə maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirib. Onun iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılıb. 1966-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib, 1975-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub.

S.İmrəliyev SSRİ Ali Sovetinin deputatı olub (6, 7, 8, 9, 10-cu çağırışlarda). 4 dəfə “Lenin” və 3 dəfə “Oktyabr inqilabı” ordenləri ilə təltif edilib.

Azərbaycanda Sərdar İmrəliyev Sərdar İmrəliyev haqqında televiziya filmi çəkilib. 12 övlad atası olan məşhur pambıqçı 25 yanvar 1987-ci ildə (57 yaşında) vəfat edib.



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap