Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Ege Hospital” sığorta ilə körpənin müayinəsindən imtina edib: 350 manatım yoxdur, uşağımı öldürürlər...

Tarix 12.05.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Dostəli Rəhimovun sözlərinə görə, o, övladını “Ege Hospital”a apardıqdan sonra onu qəbul edən həkim Ləman Abdıyeva müayinə üçün 350 manat ödəniş tələb edib...

AzFakt.com xəbər verir ki, Sumqayıt şəhər sakini Dostəli Rəhimov Bizimesr.com portalına videomüraciət edərək Bakı şəhərində yerləşən “Ege Hospital”dan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə, 3 aylıq övladı Sumqayıt şəhər Uşaq Xəstəxanasında müayinə olunub və həkimlər tərəfindən sığorta ilə Bakıdakı “Ege Hospital”a Bronxoskopiya müayinəsi üçün göndəriş verilib. 

Şikayətçi qeyd edir ki, Sumqayıtda ona bu müayinənin sığorta çərçivəsində tam ödənişsiz aparılacağı bildirilib. Dostəli Rəhimovun sözlərinə görə, o, övladını “Ege Hospital”a apardıqdan sonra onu qəbul edən həkim Ləman Abdıyeva müayinə üçün 350 manat ödəniş tələb edib.

Vətəndaş sığorta ilə göndərişlə gəldiyini izah etsə də, ona ödənişin mütləq şəkildə edilməli olduğu bildirilib.

Şikayətçi deyir ki, maddi imkanı olmadığı üçün ödənişi edə bilməyib və nəticədə uşağı müayinə etdirmədən geri qayıtmağa məcbur olub. Hazırda 3 aylıq körpənin Sumqayıt Uşaq Xəstəxanasında müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilir.

Dostəli Rəhimov məsələ ilə bağlı sığorta qaynar xətti olan 1542-yə müraciət etdiyini və ona heç bir ödəniş edilməməli olduğu barədə məlumat verildiyini qeyd edir. Şikayətçinin sözlərinə görə, 350 manat ödəniş etmədiyi üçün “uşaq Bronxoskopiya üçün uyğun deyil” cavabı yazılıb.

O, bu vəziyyətin ciddi suallar doğurduğunu bildirərək qeyd edir ki, bir tərəfdən həkimlər müayinənin vacib olduğunu deyir, digər tərəfdən isə ödəniş edilmədiyi üçün uyğun olmadığı göstərilir. Dostəli Rəhimov iddia edir ki, maddi imkanı olmadığı üçün övladına tibbi xidmət göstərilməməsi onu ciddi çətin vəziyyətdə qoyub. O, hətta emosional şəkildə “pulum yoxdur, körpə uşağımı öldürürlər” kimi fikirlər səsləndirib.

Bu hadisə sığorta sistemi ilə işləyən özəl tibb müəssisələrində xidmətlərin tətbiqi ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı “Ege Hospital”ın və adı çəkilən həkim Ləman Abdıyevanın fikirlərini öyrənməyə çalışdıq. Hospitaldan sualları dinləyib cavab veriləcəyini bildirsələr də, heç bir rəsmi mövqe açıqlanmayıb. Həkim Ləman Abdıyevanın köməkçisi isə həkimin məşğul olduğunu bildirib.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, “Ege Hospital”ın direktoru Barat Yusifovdur. B.Yusifov bu günlərdə "Yeni Klinika"nın direktoru postundan uzaqlaşdırılıb.



Xəbərin oxunma sayı : 769




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap