Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Yeni salınmış qəbiristanlıqda metal konstruksiyaları doğrayıb apardılar - VİDEO

Tarix 19.04.26, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Əvvəlcə tor çəpər kəsilib, sonra isə içəridə olan çardağın daşıyıcı hissələri tamamilə zədələnib və artıq istifadə üçün yararsız vəziyyətə düşüb.

Xezerxeber.az xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsində köhnə qəbristanlıqla üzəbüz bu böyük ərazi yeni qəbristanlıq üçün nəzərdə tutulub. Amma, burada hələ yeni qəbirlər salınmamışdan qəbristanlığın çardağı xüsusi alətlər, laqonda vasitəsilə kəsilərək aşırdılıb və bu hala salınıb.

Məsələ ilə bağlı yerli sakinlər danışmaq istəmədilər. Ancaq bildirdilər ki, qəbiristanlıq kimi müqəddəs sayılan bir məkanda belə hadisənin baş verməsi cəmiyyət üçün qəbuledilməzdir. Bu hadisənin böyük ehtimal gecə saatlarında baş verdiyini dedilər.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb. Videonu paylaşan şəxslər bu əməli törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Qaradağ rayon İH-nə müraciət etdik. Bildirildi ki, bu məsələylə bağlı Sahil İcra Nümayəndəliyinə müraciət etməliyik. Ancaq istirahət günü olduğundan, sahil icra nümayəndəliyindən mövqe ala bilmədik.




Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap