| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
İllər öncənin Novruz ab-havası: Keçmiş ənənələr bu gün necə yaşayır?
Tarix 22.03.26, 21:50 |
|
Bir papağın içində yalnız qoz-fındıq, şirniyyat yox, həm də uşaqlıq gizlənirdi. Gizlənib gülən uşaqlar, qapı arxasında qalan həyəcan indi xatirəyə çevrilib. Amma Novruz gələndə bu ənənə yenə də qapıları döyür.
Novruz - baharın gəlişi, yeni başlanğıclar və uşaqlıq xatirələrinin yenidən canlandığı ən doğma bayramlarımızdan biridir. Bu bayram həm də şən adət-ənənələri ilə yadda qalır. Tonqal, səməni, qapı pusmaq… və əlbəttə ki, papaq atmaq. Qapı döyülür… Açırsan - heç kim yoxdur. Bir anlıq çaşırsan, sonra baxırsan ki, astanada bir papaq var. Bu mənzərəni xatırlayanlar deyirlər ki, içindən nə çıxacağını gözləməyin həyəcanı, dostlarla gizlənib gülmək bu anları daha da unudulmaz edirdi.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bəs bu ənənə bu gün də əvvəlki kimi yaşayırmı? Kimlər papaq atıb, kimlərin papağı boş qayıdıb? Bu suallara cavab tapmaq üçün müxtəlif sahələrdən olan müsahiblərə üz tutduq.
"Uşaqlıq xatirələri bu bayramın əsas yaddaş qatıdır"
Millət vəkili Fazil Mustafa bu məqamı belə xatırlayır: "Novruz bayramı müstəqillikdən əvvəlki dövrdə bizim üçün daha fərqli və xüsusi mahiyyət daşıyırdı. Bu, bir növ xalqın özünüifadəsinin və identifikasiyasının tərkib hissəsi idi".
Millət vəkili bildirir ki, uşaqlıq xatirələri bu bayramın əsas yaddaş qatıdır: "Uşaqlıq xatirələrim kifayət qədər zəngindir. Yumurta döyüşdürməkdən tutmuş, ilaxır çərşənbədə səhər tezdən uzaq məsafə qət edib Naxçıvan çayına getmək, orada su ilə üz yuyub geri qayıtmaq kimi adətlər vardı. Mənim üçün ən maraqlı məqamlardan biri yumurta döyüşdürmək idi. Bəzən məhəllədə "xuliqan" saydığımız uşaqlar müxtəlif üsullarla yumurtanı daha möhkəm edirdilər və onlarla yarışmaq çətin olurdu. Papaq atmaq daha çox məhəllə mühitində kollektiv şəkildə həyata keçirilən bir adət idi. Uşaqlar birləşib qapıları döyür, papaq atırdılar. Bəzi evlərdə papağın içinə meyvə və şirniyyat qoyulurdu, bəzi hallarda isə buna o qədər də müsbət yanaşılmırdı. Yəni hər kəsin bu adətə münasibəti fərqli idi".
Fazil Mustafa əlavə edir ki, əslində, Novruzun özü bütövlükdə bir xatirədir. Bu ənənələrin əvvəlki kimi yaşadılması bu gün bir qədər çətinləşib. İndi bir çox məqamlar adiləşib, lakin Novruzun gələcək nəsillərə ötürülməsi vacibdir.
"Bir gün ərzində 18 yumurta udduğumu xatırlayıram"
Novruzun digər tərəfi isə kollektiv yaddaş və şənliklə bağlıdır. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu ab-havanı belə təsvir edir: "İlaxır çərşənbədə tonqallar qalayar, odun üzərindən atlanardıq, ailələr bir araya gələrdi. "Kosa-keçəl" qrupları ev-ev gəzər, kiçik tamaşalar göstərər, sovqat toplayardı. Qohumlar bir-birinə gedər, bayram payı aparardı. Ən sevdiyim ənənə yumurta döyüşdürmək idi. Yumurtalar əvvəl yoxlanar, sonra yarış başlanardı. Udan tərəf uduzanın yumurtasını götürərdi. Bir gün ərzində 18 yumurta udduğumu xatırlayıram".
Elman Cəfərli bildirir ki, onların yaşadığı bölgədə papaq atmaqdan daha çox "torba sallamaq" ənənəsi yayılıb və bu adətin kökləri qədim dövrlərə gedib çıxır: "Axır çərşənbə günü biz "torba sallayardıq". Biz papaq atmazdıq, pəncərəni döyüb torbanı içəri atardıq. Bu adət qədimdə damdan torba sallamaq ənənəsindən yaranıb. Təxminən 100-150 il əvvəl evlərin damında baca olurdu və torba oradan içəri sallanardı. Küçəmizdə Cahid adlı bir kişi yaşayırdı. Həyətində çoxlu heyvan saxlayır, iki iri it bəsləyirdi. Bir dəfə papaq atmağa gedəndə itlərlə qarşılaşdıq. Qorxudan qaçdıq və torbamız da orada qaldı. O anın həyəcanı və qorxusu uzun müddət yaddaşımızdan silinmədi".
E.Cəfərlinin sözlərinə görə, bu ənənələr təkcə əyləncə deyil, həm də sosial münasibətlərin bir hissəsi idi: "Bayram günlərində qohumlar bir-birinə gedər, sovqat aparardı və bu gediş-gəliş martın 22-dək davam edərdi. Uşaqlar üçün isə papaq atmaq və ya torba sallamaq sadəcə oyun deyildi - bu, həm də paylaşmaq, ünsiyyət qurmaq və bayram sevincini bölüşmək idi. Təəssüf ki, bu gün bir çox Novruz ənənələri unudulub. Şəhərlərdə bayram əvvəlki kimi qeyd olunmur, əsasən tonqal və papaq atmaq qalıb. Yumurta döyüşdürməyə də nadir hallarda rast gəlinir".
"Özümüz sadə "atəşfəşanlıq" vasitələri düzəldirdik"
Yazıçı Elçin Hüseynbəyli isə Novruzun kənd mühitində daha dolğun yaşandığını deyir: "Bizim tərəflərdə - Cəbrayılda, Arazboyunda Novruz çox təmtəraqla qeyd olunurdu. Məhəllədə qalanan böyük tonqallar, gecəyə qədər davam edən şənliklər bu gün də yaddaşımdadır. Yumurta boyamaq və döyüşdürmək bayramın ayrılmaz hissəsi idi. Hətta özümüz sadə "atəşfəşanlıq" vasitələri düzəldirdik. Bayram axşamları o qədər gur keçirdi ki, bugünkü atəşfəşanlıq onun yanında sönük görünərdi".
E.Hüseynbəyli bildirir ki, Novruz bayramında, xüsusən də ilin axır çərşənbəsində papaq atmayan adamı təsəvvür etmək çətindir: "Hamımız papaq atırdıq və bu, sırf maraqdan irəli gəlirdi. Ən kasıb evdə belə bayramlıq olurdu. Papaqlara qoz, şabalıd, fındıq, qovurğa qoyurdular. Ən çox xoşuma gələn qaynadılıb qovrulmuş noxud idi".
Yazıçının fikrincə, bu gün şəhər mühitində həmin coşqu zəifləyib: "Bu gün bəzi ənənələr arxa plana keçsə də, qapı döyüləndə və uşaqlar papaq atanda yenə sevinirəm".
"Topladığımız sovqatları ona aparırdıq"
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Novruzun sosial və mənəvi tərəfini önə çəkərək bildirir ki, bu bayram insanların yaddaşında xüsusi iz buraxır: "Mənim üçün də Novruz ən doğma bayramlardan biridir. Uşaqlıq illərində tonqal qalamaq və papaq atmaq ən yaddaqalan məqamlardan idi. Papaq atmaq həm də xalqımızın qonaqpərvərliyini və əliaçıqlığını göstərirdi. Biz də bu ənənələrdə iştirak edirdik və bundan böyük zövq alırdıq. Uşaqlıq xatirələrimdə xüsusi yer tutan məqamlardan biri qonşuluqda tək yaşayan yaşlı bir xanımla bağlıdır. Biz papaq atdıqdan sonra topladığımız sovqatları ona aparırdıq. Bu, sadə görünsə də, əslində böyük mənəvi dəyər daşıyırdı".
Xəbərin oxunma sayı : 325
Sosial
Xəbərlər
-
Nərd, domino səsindən həyətdə qulaq tutulur - Sakinlərdən Şikayət
-
Tezliklə elektrik stansiyaları ultimatumu ilə bağlı nə baş verəcəyini öyrənəcəksiniz - TRAMP
-
Prezidentin aləsini şantaj edən kimliyi açıqlandı - Yeni detallar (VİDEO)
-
Madonna kinoya qayıdır - Bu serialda rol alacaq
-
“Telefonlarınızı doldurun, su ehtiyatı yığın!” - İrandan xəbərdarlıq
-
Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO
-
“ABŞ-nın neft və qaz müqavilələri İrana görə iflic olub“ - “The Financial Times“
-
İllər öncənin Novruz ab-havası: Keçmiş ənənələr bu gün necə yaşayır?
-
Qeyri-iş günlərində Pirşağıda qanunsuz tikinti aparılır? - VİDEO
-
Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - VİDEO
-
İran bu halda Hörmüzü tamamilə bağlayacaq - Xəbərdarlıq
-
Bakıxanov qəbristanlığında ziyarəti çətinləşdirən keçilməz yol - VİDEO
-
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - VİDEO
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
“Pulun yoxdursa, keçid də yoxdur“: İran Hörmüz boğazını pullu magistrala çevirdi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi
-
“İran özünümüdafiədən hücuma keçib“ - “Xatəm əl-Ənbiya“
-
Ölkəyə gətirilən smartfonlar bahalaşıb - 2 dəfədən çox
-
“ABŞ bu müharibəyə 27 milyard dollardan çox xərcləyib“ - “Iran War Cost Tracker“
-
81 illik sülhdən beziblər - Üçüncü Dünya müharibəsi başlaya bilər
-
“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - Lalə Məmmədova
-
Azərbaycan cüdoçularından Bremendə möhtəşəm start: 15 medal qazanıldı
-
İran müharibənin bitməsi üçün altı şərt irəli sürüb - “Əl-Məyadin”
-
Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi
-
Qətərdə hərbi helikopter qəzaya uğradı - 3 Türkiyə vətəndaşı şəhid oldu
-
ABŞ İranla gələcək danışıqların müzakirəsinə başlayıb - “Axios“
-
Maksim Medvedev “Qarabağ 2”ni meydandan çıxardıb - Qalmaqal
-
“Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb“ - AYNA
-
İrandan Trampın son təhdidinə cavab - “Bu obyektlər hədəf alınacaq...“
-
Axtarışda olan 34 nəfər saxlanılıb - Daxili İşlər Nazirliyi
-
BDU məzunları ən çox harada işləyirlər? - SİYAHI
-
Xarabalığa çevrilmiş unikal tarixi abidə: Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti
-
“Terafab“ çip istehsalı layihəsinin başlanğıcını elan edib“ - Mask
-
Sudanda xəstəxanaya hücum - 64 ölü, 89 yaralı
-
Bu ölkədə bütün apteklər bağlanacaq - Etirazlar başlayır
-
İran münaqişəsi istixana emissiyalarını artıraraq iqlim fəlakətinə yol açıb - “The Guardian“
-
Adını dəyişmək istəyənlərə məhdudiyyətlər: Kimlərə “yox“ deyilir?
-
Smartfonların gizli düşməni: Rusiyalı alim zərbədən və sudan daha təhlükəli amili açıqladı
-
“Hörmüz 48 saat ərzində açılmasa...” - Tramp İrana ultimatum göndərdi
-
“Müştərilər çaşbaş qalıblar“ - Yaxın Şərqdəki münaqişə ölkəmizdə turizmə necə təsir edir?
-
ABŞ kəşfiyyatı İranda tezliklə hakimiyyət dəyişikliyinin olacağına inanmır - “Axios“
-
Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 10 nəfər xəsarət alıb - VİDEO
-
İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
-
“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib“ - VİDEO
-
Mistik inanc, yoxsa narkotik vasitə? - Rusiyada qadağan edilən bitkinin SİRRİ
-
Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artır? - VİDEO
-
“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO
-
Həbsdə olsa da, milyonlar qazanır: aylıq gəliri dodaq uçuqladır
-
“ABŞ Rusiyanı bütün enerji bazarlarından sıxışdırıb çıxarır“ - LAVROV
-
Sabah yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
1.5 milyonluq uduş “buxarlandı“ - Almaniyada inanılmaz hadisə
-
Premyer Liqa: “Turan Tovuz“ “Qəbələ“ni məğlub etdi
-
ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib - CENTCOM
-
Bir gündə onlarla silah aşkarlandı - Polisdən əməliyyat
-
Səudiyyə Ərəbistanından xəbərdarlıq: Neftin qiyməti 180 dolları keçə bilər
-
Yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
-
Dumada şok qanun: Rusiya istənilən ölkəyə qoşun yeridə bilər
-
Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
-
Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi niyə azalır? - Açıqlama
-
Goranboyda tanışını döyüb xəstəxanalıq etdi: Cinayət işi açıldı
-
“İstənilən vaxt Xarq adasını ələ keçirə bilərik” - Ağ Ev
-
Azərbaycanlı məşhurların illər ərzində dəyişimi - FOTOLAR
-
Norveç şahzadəsindən Epşteynlə bağlı etiraflar - “İlk növbədə, o, bir dost idi...“
-
“BMT Hörmüz boğazı üzrə sülh həllinin bir hissəsi ola bilər“ - Quterreş
-
Magistral yolda sürət həddini 200-ə çatdıran sürücü saxlanıldlı - VİDEO
-
Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq - Sabahın havası
-
“İran qonşuları ilə münaqişəyə can atmır“ - Pezeşkian
-
Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - FOTO
-
“Nargis” Fondu Beyləqanda yardım aksiyası təşkil etdi - Fotolar
-
İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir?
-
“Britaniyanın qərarı ölkə vətəndaşlarını risk altına qoyur“ - Abbas Əraqçı
-
Serbiya prezidentindən xəbərdarlıq: “Taktiki nüvə silahından istifadə olunacaq“
-
Prokurorluq məlumat yaydı - 36 yaşlı müəllimin ölümü ilə bağlı
-
ABŞ İran neftinin dənizdə satışına icazə verdi - Bahalaşmaya görə
-
Bodrumda yanğında milyonlarla dollarlıq 7 yaxta kül oldu - Video
-
Yeni regional böhran: Əfqanıstan-Pakistan münaqişəsi kəskinləşir
-
Eyni gündə 2 bayram - Bu adlar nə qədər populyardır?
-
Biz İranla atəşkəs razılaşması istəmirik - TRAMP
-
Azərbaycanlı qadınlar ən çox hansı ölkələrin vətəndaşları ilə ailə qururlar? - Araşdırma
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Bələdiyyədən icarəyə götürülən torpaqlar bu halda özəlləşə bilər - VİDEO
-
ABŞ hakimiyyəti Harvard Universitetinə qarşı təzyiqi artırır - Yəhudi tələbələrə görə
-
SEPAH İsrailə raket zərbələri endirib - ABŞ-nin bazalarına PUA hücumu edib
-
Xətaidə evləri çirkab suların altında qalan sakinlərin aqibəti necə olacaq? - VİDEO
-
Bayram bazarlığı neçəyə başa gəlib? - VİDEO
-
“Məğlub olduq, futboldur, belə hallar olur“ - Qurban Qurbanov
-
“Türkiyə və Omana zərbələr endirməmişik“ - Müctəba Xamenei
-
“Rusiya Ukrayna münaqişəsi ilə bağlı görüşdə iştirak etməyəcək“ - Peskov
-
Novruz şirniyyatları niyə bu qədər bahadır? - VİDEO
-
“Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir“ - Paşinyan
-
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
-
Zığ qəsəbəsində yol problemi: “Pulunu yedilər, buranı düzəltmədilər“
-
NATO İraqı tamamilə tərk etdi - İranın zərbələrindən qorxurlar?
-
Rafet El Roman üçüncü dəfə evlənir - Nişanlısı azərbaycanlıdır
-
Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN
-
Aviaşirkətlər yanacaq qıtlığına hazırlaşır: Reyslərin ləğvi mümkündür
-
Yollarda görünüş məhdudlaşacaq - Dumana görə
-
Pezeşkian dünyaya müraciət etdi - ABŞ və İsrailin cinayətləri ilə bağlı
-
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Novruz bayramı münasibətilə
-
Premyer Liqa: “Qarabağ“ ikinci dəfə “Kəpəz“ə uduzdu
-
Tramp NATO-nu qorxaq adlandırdı: “Onlar kağız pələngdir“
-
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
-
Kim daha çox qazanır? - Azərbaycanda sektorlar üzrə maaşlar
-
Bu şəxslər orduda birbaşa leytenant kimi xidmət edəcək - RƏSMİ
-
Aİ rəhbərliyi Orbanı sərt tənqid etdi - Ukrayna 90 milyard avronu alacaq
-
“Müxalifətin qələbəsi müharibəyə gətirib çıxara bilər“ - Papikyan
-
“Trampın bu çağırışı nəzərə alınacaq“ - Netanyahu
-
AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq nə vaxt başa çatacaq? - Açıqlama
-
Məktəblərdə “bloger müəllim”lər - Pozitivlik, yoxsa zərər?
-
70 min amerikalı Yaxın Şərqi tərk edib - Dövlət Departamenti
-
Avropa Hörmüz boğazını necə açacağını bilmir - “Bloomberg“
-
Paytaxtın Xətai rayonunda kanalizasiya çökdü, evləri su basdı - VİDEO
-
İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı oldu - Nələr müzakirə olunub?
-
“Azərbaycandan enerji təchizatı Macarıstan üçün çox vacibdir“ - Orban
-
“Gələcək hücumlar daha ağır nəticələrə səbəb ola bilər” - Rəsmi Tehran
-
İşıqforlarda saniyəölçən tablolar yığışdırılır - VİDEO
-
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
-
Binə sakinləri toyuq kəsim məntəqəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
TOP 10
ARXİV






