“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Varlılar sərvətlərini Dubaydan çıxarmağa başlayıblar - Daha çox Sinqapura üz tuturlar

Tarix 07.03.26, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, son günlər İranın ən çox vurduğu hədəflər arasında BƏƏ və Dubay xüsusi yer tutur. Son olaraq bu gün Dubaydakı hava limanının vurulmasını qeyd etmək olar. Bu isə BƏƏ-yə təkcə maddi deyil, həm də ciddi reputasiya zərbəsi vurur.

“Reuters” agentliyinin məlumatına görə, Yaxın Şərqdə yeni münaqişənin başlamasından sonra bir çox varlı iş adamları Dubaydakı aktivlərini başqa ölkələrə köçürməyə başlayıblar. Xüsusilə Asiyadan olan zənginlər Sinqapuru seçirlər.

Agentlik qeyd edir ki, son illərdə Dubay məşhur investisiya mərkəzinə çevrilib. Lakin İranın BƏƏ və Qətər kimi ölkələrə qarşı cavab zərbələri endirməsi BƏƏ-nin sabit dövlət kimi nüfuzuna şübhə yaradıb.

Sahibkarlar Dubaydakı aktivlərini Sinqapur və Honkonq kimi digər regional maliyyə mərkəzlərinə köçürmək üçün sorğular edirlər. Sinqapurda yaşayan tanınmış vəkillərdən biri agentliyinə bildirib ki, onun Dubaydakı hər birinin aktivləri orta hesabla 50 milyon ABŞ dolları olan 20 müştərisindən yeddisi aktivlərini Sinqapura köçürmək üçün müraciət edib.

“Reuters”-in məlumatına görə, başqa bir aktiv meneceri bildirib ki, danışdığı 13 BƏƏ müştərisindən yarıdan çoxu aktivlərini Sinqapura köçürməyi ciddi şəkildə düşünür. Müharibə daha çox davam edərsə, Dubaydan və regiondakı varlı ərəb ölkələrindən öz sərvətlərini çıxaranlarının sayının artacağı gözlənilir.



Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap