“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Aİ-də açıq parçalanma: üç ölkə Ukraynaya 90 milyard avroluq dəstəyə “yox” dedi

Tarix 19.12.25, 10:56

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan, Çexiya və Slovakiya 2026–2027-ci illər üçün nəzərdə tutulan Ukraynaya 90 milyard avro həcmində, 0 faizli Avropa maliyyələşdirməsində iştirakdan imtina edib.

Bu barədə Aİ sammitinin yekun bəyanatında məlumat yer alıb.

Məlumata görə, söhbət Ukraynanın büdcə və bərpa ehtiyaclarının qarşılanması məqsədilə planlaşdırılan iri həcmli maliyyə mexanizmindən gedir. Lakin adıçəkilən üç ölkə bu təşəbbüsə qoşulmaq istəmədiyini açıq şəkildə bildirib.

Bu qərar Avropa İttifaqı daxilində Ukraynaya dəstək məsələsində fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Analitiklərin fikrincə, xüsusilə Budapeşt, Praqa və Bratislavanın mövqeyi Brüsselin vahid maliyyə və siyasi xətt formalaşdırmaq cəhdlərini çətinləşdirir.

Ekspertlər vurğulayırlar ki, 0 faizli kreditlərdən imtina Ukraynanın uzunmüddətli maliyyələşdirilməsi planlarına ciddi təsir göstərə və Aİ daxilində geosiyasi prioritetlər ətrafında gərginliyi daha da artıra bilər.(musavat.com)



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap