“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı:Müdirə cinayət işi açıldı

Tarix 18.12.25, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.

AzFakt.com Lent.az-a istinadla xəbər verir ki, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində çalışmış Lətifə Nizami qızı Hasilova ilə bağlı hüquq-mühafizə orqanlarına çox sayda şikayət daxil olub.

Şikayətçilər bağça müdirinin onları müxtəlif işlərə düzəldəcəyi vədi ilə pullarını mənimsədiyini deyiblər.

Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddia olunan bağça müdiri Lətifə Hasilova tutduğu vəzifədən azad edilərək barəsində araşdırmalara başlanıb.

Araşdırmalar zamanı Lətifə Nizami qızı Hasilovanın uşaq bağçasının müdiri işləyərkən çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsəməsi müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap