Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı

Tarix 19.11.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb. Deyib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. M. Hüseynov əməlindən peşman olduğunu da əlavə edib.

Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər əks olunan görüntülər sosial şəbəkələrdə yayılmışdı. Hadisə ictimaiyyət arasında ciddi qınaqla qarşılanıb. Bundan sonra videodakı kişi - M.Hüseynov polis əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.







Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap