“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ

Tarix 30.06.25, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


Həbsdə olan şəxsin daha bir cinayət əməli üzə çıxıb. Təqsirləndirilən şəxsin güləş üzrə olimpiya çempionu Namiq Abdullayevin adında istifadə etdiyi məlum olub.

Musavat.com xəbər verir ki, 35 yaşlı Radil dələduzluqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ayrı-ayrı şəxslərdən avtomobil alqı-satqısı adı ilə pul alıb onları aldatmaqda ittiham olunub.

Radil həbs ediləndən sonra onun barəsində daha bir şikayət üzə çıxıb. Radilin bir nəfərdən daş karxanasının açılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınması üçün pul aldığı müəyyən edilib.

Belə ki, Radil Zaqatalada daş karxanası açmaq istəyən Azad adlı şəxsdən 15 min manat istəyib. Bu işi vəzifəli tanışları vasitəsi ilə həlll edəcəyini deyib. Lakin Azad bu qədər pulu olmadığını deyib. Radil əvvəlcə 3 min manat alıb. Sonra isə işin davamında 4500 manat istəyib. Lakin bu danışıqlar gedən ərəfədə Radil digər cinayət əməllərinə görə həbs edilib.

İstintaqla müəyyən edilib ki, Radil zərərçəkmiş şəxsə bu işi güləş üzrə olimpiya çempionu Namiq Abdullayev vasitəsi ilə həll edəcəyini deyib. Lakin bu haqda ətraflı danışmayın. Radil söhbət zamanı Namiq Abdullayevlə telefonda danışdığını desə də bu danışığın məzmunu haqda ətraflı məlumat verməyib.

Zərərçəkmiş Azad dindirilən zaman bildirib ki, Radili tələbə yoldaşı Aftandil vasitəsi ilə tanıyıb:

“Aftandil daş karxanası ilə bağlı məsələnin həllində Radilin kömək edə biləcəyini dedi. Mən də razılaşdım. 3 mini verəndən sonra Radil zəng edib 4500 manatı da istədi. Bu danışıqdan 4 gün sonra Radilə zəng çatmadı. Ziyan ödənilməyib, qanunla nəzərdə tutulan cəzanın verilməsini tələb edirəm”.

İş üzrə şahid qismində Aftandil də dindirilib. Zərərçəkmiş şəxs Aftandilin tələbə yoldaşıdır. Həbs edilən Radil isə Aftandilin qohumudur.

Aftandil ifadəsində bildirib ki, görüş zamanı Radil telefonda kiminləsə danışaraq məsələni həll edəcəyini deyib: “Radil ekologiyada adamı olduğunu dedi. Ya Namiq Abdullayevlə, ya da onun qardaşı ilə danışırdı. Bu işi həll edəcəyini deyirdi. Radilin belə bir adam olduğunu bilmirdim. Bilsəydim, onunla yan-yana belə durmazdım”.

Məhkəmə Radili törətdiyi dələduzluq əməlində təqsirli bilərək 8 ay müddətinə azadlıqdan məhrum edib. Bu cəza Radilin daha əvvəlki hökmü ilə birləşdirilib və üzərində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 274




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap