“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

NATO-nun ən bahalı sammiti başlayır - Dəqiqəsi 1 milyon avroya başa gələcək

Tarix 24.06.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 24-25-də NATO-nun Baş katibi Mark Ruttenin sədrliyi ilə Haaqada NATO-nun növbəti sammiti keçirilir. Bu, Alyansın qurucu üzvü olan Hollandiyada NATO-nun ilk sammitidir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, sammitin əsas mövzusu İran və Yaxın Şərqdən gələn təhlükədir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci plana keçəcəyi gözlənilir.

İclasda NATO ölkələrinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyini təsdiqləmələri gözlənilir. Yekun kommünikedə həmçinin Rusiya "uzunmüddətli təhlükə", terrorizm isə ikinci təhlükə adlandırılacaq. Sənəddə Ukraynanın da adı çəkiləcək. Lakin Ukraynanın NATO-ya üzvlüyü məsələsində irəliləyiş gözləntiləri yoxdur.

Qeyd olunur ki, budəfəki sammit təhlükəsizlik tədbirlərinə görə tarixi rekorda imza atacaq. Hava məkanı qapadılacaq, təhlükəsizliyi 27 min polis, 10 min hərbçi, eləcə də “F-35” təyyarələri, “Apache” helikopterləri və hava hücumundan müdafiə sistemləri qoruyacaq.

Sammitin dəyəri 183,4 milyon avrodur. Keçirilmə müddəti isə bir sutkadan azdır. Bununla da sammit NATO tarixində ən bahalı toplantı olacaq. Belə ki, onun bir dəqiqəsi təxminən 1 milyon avroya başa gələcək.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap