“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Pənahovun oğlu ATU-nun müəllimini də döyüb - Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO

Tarix 03.05.25, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına qarşı zorakılıqda ittiham olunur.

AzFakt.com “Teleqraf” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Pənahov daha əvvəl də bir neçə qalmaqalda, o cümlədən zorakılıq hadisələrində adının hallanması ilə gündəmə gəlib.

Belə ki, 2010-cu ildə o, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti” kafedrasının baş müəllimi, Əməkdar müəllim Oleq Mirzəyevə qarşı fiziki zorakılıq törədib. Binada qonşu olan Pənahovun həyətə nalayiq ifadələr işlətməsi müəllimin etirazına səbəb olub. Lakin Məhəmməd Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev hadisə ilə bağlı 22-ci polis bölməsinə müraciət edib.

Bundan başqa, eyni binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun da Pənahovla problemlərinin olduğu bildirilir. Məlumata görə, Məhəmməd Pənahovun evində mütəmadi hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub və o, bu barədə Məzahir Pənahova şikayət edib.

Açıklama yok.
Qeyd olunur ki, Məhəmməd Pənahov 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, lakin nikah qadının müraciəti ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən pozulub.

Məlumata görə, cütlük daha sonra ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşı H.Pənahovaya qarşı mütəmadi fiziki zorakılıq göstərib. Nəticədə qadın bətnindəki körpəsini itirib. Ərinin zorakılığından bezən H.Pənahova Bakıya qayıtmağa məcbur olub.





Xəbərin oxunma sayı : 607




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap