“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

İlqar Mustafayevin həbs müddəti artırıldı - Məhkəmədən qərar

Tarix 02.05.25, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti yetərli olmayıb.

AzFakt.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib.
Ətraflı
Ad - 00:08

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb.

Bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdırmalıdır. Əks halda əlavə vaxt üçün baş prokuror və ya birinci müavini məhkəməyə müraciət etməlidir.

Qeyd edək ki, İlqar Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.



Xəbərin oxunma sayı : 256




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap