“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Daşkəsəni kim idarə edir? - Əhəd Abıyev “kölgə“ icra başçısı rolunu oynayır...

Tarix 14.06.24, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


Namiq Süleymanov ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstərişlər aldığı iddia olunur...

Bir ilə yaxındır icra başçısız qalan Daşkəsən rayonu ilə bağlı xəbər var. AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Prezidentin 17 iyul 2023-cü ildə Daşkəsən icra başçısı vəzifəsindən çıxartdığı Əhəd Abıyev hələdə bu rayonda  "kölgə" icra başçısı rolunu oynayır.

Əhəd Abıyevə bu məsələdə yardımı isə hazırda Daşkəsən rayon İcra Hakimiyyətində başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Namiq Süleymanovun etdiyi bildirilir.

Daşkəsəndəki mənbəmiz bildirir ki, hazırda Daşkəsəni Əhəd Abıyevin göstəriş və məsləhəti ilə  Namiq Süleymanov idarə edir. Namiq Süleymanovun ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstəriş və təlimatlar aldığı deyilir.

Məlumatda qeyd edilir ki, Əhəd Abıyev bütün əlaqələrini işə salaraq Namiq Süleymanovun Daşkəsən rayon icra başçısı olmasına çalışsada, hələki bu istəyi reallaşmır.  

Qeyd edək ki, Namiq Süleymanov Əhəd Abıyev deputat olanda onun sürücüsü, daha sonra köməkçisi və icra başçısı işlədiyi dövrdə isə müavini vəzifəsinə yüksəlib. Onun diplomunun da saxta olması ilə bağlı iddialar var.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1741




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap