|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Sumqayıtda dəhşətli cinayət: “Dedi ki, gözəl-göyçək arvadın var...”
Tarix 13.03.24, 8:42 |
|
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb.
Telegraf.com-un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünün ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.
O, Aygünün saat 20:00-da işlədiyi geyim mağazasından evə gəldiyini bildiyi üçün intiqam almaq məqsədilə 19 fevral 2023-cü ildə saat 19:30-da onun kirayədə yaşadığı mənzilə gəlib. Binanın 3-cü blokun 3-4-cü mərtəbələri arasında gizlənib. Saat 20:00-da Aygünün mənzilinə daxil olan zaman telefonda kiminləsə danışaraq evdən görüntülü zənglə yığacağını bildirməsini eşidib. Aygünün arxasınca gözlənilmədən mənzilə daxil olub və telefonda danışdığı şəxsin kimliyini soruşub, ardınca isə telefonu verməyini tələb edib.
Aygün bundan imtina etdikdə isə evindən gətirdiyi və kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Ümumilikdə 69 bıçaq zərbəsi alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmədə verdiyi ifadəsində göstərib ki, Aygünü 2020-ci martında Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi müddətdə tanıyıb:
“Sonra münasibətlərimiz yarandı. Aygün mənim ailəm və uşaqlarımın olduğunu bilirdi. Onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aygünün ehtiyaclarını ödəmişəm. Son vaxtlar o, ailəmi atıb onunla yaşamağımı istəyirdi. Mən bütün qazancımı Aygünə xərcləyirdim. Artıq özümdə deyildim. Vəziyyətin bu cür davam etməsinə dözə bilmirdim. Ancaq Aygünü öldürmək istəməmişəm.
Hadisə olan gün, yəni 19 fevral 2023-cü ildə, saat 19-20 radələrində Aygünün kirayədə yaşadığı mənzilə gəldim. Aramızda mübahisə düşdüyündən özümdən asılı olmayaraq onu bıçaqla vurub öldürdüm. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram, özümdə olmamışam. Hərəkətimdən çox peşmanam”.
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər üzə çıxıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini açıqlayıb.
Həmin ifadədən məlum olur ki, Ceyhun ailəsi ilə birlikdə yaşayıb, atası Vaqif 2019-cu ildə xərçəng xəstəliyindən ölüb, ailə quran bacıları Mələk və Flora ər evinə köçüblər: “2005-ci ildə ailəmin məsləhəti ilə Lamiyə ilə evləndim. Həmin nikahdan 16 yaşlı Aydan, 13 yaşlı Sevil, 4 yaşlı Ucal adlı övladlarımız var.
Ailə qurduğum vaxtdan anam, arvadım və uşaqlarımla birlikdə həmin ünvanda yaşamışam. Atam xəstə olan zaman müalicəsinə çəkilən xərclərə görə borca düşdüyümdən 2022-ci ildə yaşadığımız evi sataraq banka olan borcumuzun bir qismini ödədik.
Sonra Corat Bağları ərazisindəki evə köçdük. Son on ildə uşaq, qadın və kişi ayaqqabısının pərakəndə satışı ilə məşğul olmuşam”.
Ceyhunun ifadəsinə görə, Aygünü 2020-ci martında Sumqayıt şəhərindəki “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi zaman tanıyıb: “Həmin ərəfədə Aygünün işlədiyi ticarət mərkəzində eskalatorun altında yer götürərək ayaqqabı satışı ilə məşğul olmuşam. Əvvəlcə aramızda iş yoldaşı kimi xoş münasibətlər oldu. Daha sonra Aygünə sevgim yarandı. Bu barədə özünə dedim, o da sevgimə qarşılıq verdi. Aygünlə tanış olanda evli olduğumu dedim. Hətta böyük qızım Aydan yanımda, ayaqqabı mağazasında işlədiyinə görə Aygün özü də evli olduğumun şahidi idi.
Mən heç vaxt özüm haqqında Aygünə yalan danışmamışam. Aygün Sumqayıt Pedoqoji Universitetini filoloq ixtisası üzrə bitirdiyini, heç vaxt ailə qurmadığını, ata-anasının Ağdam şəhərində, özünün isə Sumqayıtda yaşadığını dedi. Aramızda münasibətlərimiz dərinləşdi, sevgi-məhəbbətə çevrildi. Birlikdə cinsi həyat yaşadıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Aygünlə birgə qeyri-rəsmi ər-arvad kimi yaşadığı üçün işləməyini istəməyib: “Bu səbəbdən də 2020-ci ilin qışında Aygünü işdən çıxartdım. Daha sonra ardıcıllıqla Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşadıq.
Aygünün kirayə qaldığı evlərin aylıq ödənişlərini həmişə mən vermişəm. Bundan əlavə, ayda 500-700 manat arası Aygünün evinə bazarlıq etmişəm. Münasibətlərimiz normal olsa da, zaman-zaman onun hərəkətləri məndə qısqanclıqlar yaratdı.
Aygün 2020-ci ilin qışında işdən çıxdıqdan sonra “Xəlifə” ticarət mərkəzindəki dükanında işləmişəm. Bu ticarət mərkəzi Nizaməddin Həmidova məxsus idi. Aygünü Nizaməddin müəllimə arvadım kimi təqdim etmişəm. Nizaməddin müəllim də “belə gözəl-göyçək xanımın var, ondan müğayat ol” dedi. Nizaməddin müəllimin danışıq tərzi xoşuma gəlmədi və Aygünü qısqandım”.
Ceyhunun sözlərinə görə, noyabr ayının əvvəlində onun sağlamlıq vəziyyəti pisləşib, əsəb xəstəliyinə görə müalicə alıb: “Aygün də valideynlərinin yaşadığı Ağdam rayonuna qayıtdı. Bu səbəbdən onunla ancaq telefonda ünsiyyət saxladım. Dekabr ayından isə əvvəlki isti münasibətlərimiz davam etdi. Bu ərəfədə Aygün mənə “Karvan” ticarət mərkəzində işlədiyini dedi.
Mən həftədə bir neçə dəfə “Pioner” deyilən yerdən saat 20-21 radələrində Aygünü işdən götürürdüm. Lakin o saatda “Karvan” ticarət mərkəzi işləmədiyindən Aygünün bu vaxt çıxması məndə şübhə doğurdu. İzlədikdə onun “Murasimo” mağazasında işlədiyini bildim. Gedib gözümlə orada işlədiyini görsəm də, özünə orada heç nə demədim.
Aygün mənə iş yerini səhv deməyini iş yerini bilməyimi istəməməsi ilə izah etdi. Həmin vaxt iş yerində kənardan bir oğlandan hədiyyə qəbul etdiyini görsəm də, bunu Aygünə sübut edə bilmədim”.
Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar Aygün telefonla kimlərləsə tez-tez danışıb, telefonunu ondan gizlədib, ekrana şifrə tətbiq edib: “Bu da məndə ciddi şübhələr yaratdı. Hətta bir dəfə Aygündən telefonunu istəyəndə içərisindəkiləri silərək mənə verdi. 14 fevral 2023-cü ildə Sevgililər günündə, axşam saatlarında Aygünlə birlikdə oldum. Evdə olanda meyvə şirəsi və “Kola” butulkasını gördüm. Aygün özü bu içkiləri içmədiyindən evə başqa birisinin gəldiyinə tam əmin oldum.
Onun çox vaxt təxminən saat 20.00-da işdən çıxıb evə gəldiyini bildiyimdən fevralın 19-da yaşadığım evdən mətbəx bıçağı götürdüm və Aygünün kirayə qaldığı mənzilə gəldim. Binaya gələndə saat 19.30 olardı Təxminən yarım saat blokun 3-cü və 4-cü mərtəbəsinin arasında gizlincə gözlədim. Təxminən saat 20.00-da lift 3-cü mərtəbədə açıldı. Aygünün liftdən çıxaraq mənzilin qapısını açdığını gördüm. O, kimləsə telefonda danışaraq evə girib zəng vuracağını söylədi.
Bunu eşitdikdə Aygünün arxasınca gözlənilmədən evə daxil oldum. Dəhlizdə aramızda mübahisə başladı. Mən qışqıraraq Aygündən xəyanət etdiyi şəxsləri deməsini tələb etdim. Aygün isə qışqıraraq qonşuları çağırdı”.
Təqsirləndirilən şəxs deyib ki, mübahisə 2-3 dəqiqə çəkib, Aygün suallara cavab vermədiyinə görə bıçağını çıxarıb və əvvəlcə qadının boynunun ətrafından və boğazından 4-5 dəfə vurub: “Daha sonra yerdə əlbəyaxa olduq. Aygün mənim arvadımı, anamı, qızlarımı söydü. Mən də söyüşlərdən coşaraq bıçaqla ona zərbələr yetirdim. Lakin neçə zərbə yetirməyim yadımda qalmayıb.
Aygün yerdə uzanıqlı vəziyyətdə ona vurmamağımı, onsuz da öləcəyini dedi. Son söz olaraq atasını çağırmağımı istədi. Tam hərəkətsiz vəziyyətə düşdükdən sonra ona yazığım gəldi.
Qonaq otağında olan anamın mənə verdiyi və Aygünün evinə gətirdiyim yastığı onun başının altına qoydum, qonaq otağındakı qırmızı ədyalı üstünə örtdüm. Bıçağı isə yastığın üstünə qoydum. Daha sonra mənzili tərk edərək taksi ilə Sumqayıt Şəhər Polis İdarəsinə gəldim. Yolda öz nömrəmdən Aygünün atası Alimə zəng etdim. Ona qızı Aygünün hər şeyi gizlətməyinə, bir ata kimi heç nədən xəbəri olmamağında günahkarın anası olduğunu dedim.
Telefonda Aygünün atasına “qızını xəyanət üstə tutsan nə edərsən?” sualını verdim. Atası da “başını kəsərəm” deyə cavab verdi. Mən də Aygünün başını kəsdiyimi, buna ehtiyac olmayacağını dedim. Atası “yaxşı etmisən” deyə cavab verdi. Daha sonra polisə təslim oldum, təqsirimi boynuma aldım”.
İş üzrə zərərçəkmiş Aygünün hüquqi varisi qismində ifadə verən atası Alimin sözlərinə görə, 1993-cü ildə Sevda ilə ailə həyatı quraraq Ağdam rayonu Quzanlı kəndində yaşayıb:
“Həmin nikahdan 1995-ci ildə qızım Aygün, 1997-ci ildə qızım Lalə, 2001-ci ildə isə oğlum Vüqar doğulub. Qızım Aygünlə münasibətlərimiz yaxşı olmaqla aramızda hər hansı bir ədavət və ya düşmənçilik olmayıb.
Aygün 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra rayondan Sumqayıt şəhərinə köçdü. Ali təhsil aldığı müddətdə Sumqayıt şəhərinin girəcəyində üç tələbə yoldaşı qızla birlikdə kirayə tutduqları evdə yaşadı.
2019-cu ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə Sumqayıt şəhərində “Asan” xidmət mərkəzində bir müddət təcrübə keçdikdən sonra Sumqayıt Şəhər Məhkəməsində texniki işçi, 2020-ci ildə Sumqayıt şəhərində “Xəlifə” ticarət mərkəzində ayaqqabı dükanında işlədi. Dükanın sahibi kimi Fazil adlı şəxsi tanımışam. Qızım Aygünün işi satışdan əldə olunan pulu təhvil almaqdan və satışa nəzarət etməkdən ibarət idi.
Təxminən hadisədən 6-7 ay əvvəl, yəni 2022-ci ilin iyul-avqust ayında Aygün zəng edərək işində narahatlıq olduğunu dedi və məndən iş yerinə gəlməyimi xahiş etdi. Aygünün yanına gəldikdə ayaqqabı dükanı əvvəllər işlətdiyi Ceyhun adlı şəxslə satış vitrinlərinin rəfləri ilə əlaqədar problem yaşadığını bildim.
Aygündən iş yerinin müdiriyyəti olduğu halda, nəyə görə bu problemin Ceyhun adlı şəxslə çıxdığını soruşdum. Aygün bu işin ona aidiyyəti olmadığını, sadəcə Ceyhunun gəlib rəfləri dağıtdığına görə narahatlıq yarandığını dedi. Oranın sahibi Fazillə baş verənlər barədə söhbət etdim.
Fazil növbəti günlərdə rəfləri sökərək Ceyhun adlı şəxsə təhvil verəcəyini, bir daha iş yerində narahatlıq olmayacağını dedi. Bununla kifayətlənməyərək Ceyhunla görüşüb hadisənin səbəbini aydınlaşdırmaq istədim. Onun nömrəsini qızımdan alaraq zəng etdim. Növbəti gün görüşməyə vəd versə də, sonradan qızım artıq məsələnin həllini tapdığını dedi. Ceyhunla görüş baş tutmadı”.
Hüquqi varisin sözlərinə görə, daha sonra heç vaxt Aygündən nə Ceyhun, nə də onun iş yeri ilə əlaqədar hansısa narahatlıq eşitməyib:
“Həmin hadisələr baş verən vaxtı Aygün kirayədə yaşayırdı. Onun nə qədər kirayə haqqı verdiyini bilməmişəm, mənzilin sahibini də tanımamışam.
Aygün tələbə vaxtından ailəsindən ayrı yaşasa da, nəzarəmizdən kənarda qalmayıb. Təhsil aldığı dövrdən tez-tez gəlib qızıma baş çəkmişəm. Rayondan ərzaq, yemək gətirmişəm. Son vaxtlar isə Aygün “Karvan” ticarət mərkəzinin yaxınlığında başqa bir dükanda satıcı işləyirdi. Bu iş yerində satdığı malın faizinə uyğun 500-700 manat arası əməkhaqqı alırdı.
19 fevral 2023-cü ildə saat 19-20 radələrində Bakı şəhərində olarkən tanımadığım nömrədən zəng gəldi. Zəngi açdıqda danışan özünü Ceyhun kimi təqdim etdi.
Zəng edəni tanımadım, o, Aygünün iş yoldaşı olduğunu bildirdi. Onun həmin rəflərlə əlaqədar danışdığım şəxs olduğunu bildim. Ceyhun telefonda “qızın Aygün xəyanət edərsə, nə edərdin?” sualını verdi. Mən də cavabımda “başını kəsərdim” dedim. Bu sözümdən sonra Ceyhun qızımın başını kəsdiyini, evdə olduğunu, gəlib sahib çıxmağımı söylədi.
Dərhal taksiyə minərək Sumqayıt şəhərinə yola düşdüm. Yolda olanda zəng edən nömrəyə təkrarən yığaraq qızıma nə etdiyini soruşdum. Ceyhun qızımı öldürdüyünü və hazırda polisə gəlib təslim olduğunu dedi.
Aygünün kirayə yaşadığı mənzilə gəldikdə evin giriş qapısı açıq olduğundan, içəri daxil oldum. Qonaq otağının qapısının yanında qızımın meyitini uzanmış vəziyyətdə, başının altında yastıq, yastığın üzərində bıçaq gördüm. Meyitin yanında və evin girişində qan izləri vardı. Bir neçə dəqiqə sonra polis əməkdaşları oraya gəldi”.
İş üzrə zərərçəkmiş Aygünün anasının sözlərinə görə, mərhum qızının Ceyhunla münasibətdə olmasından bir ana kimi məlumatı olmayıb: “Qızım Sumqayıtda universiteti bitirdikdən sonra işləyərək kirayədə yaşayıb. 19 fevral 2023-cü ildə qızım Aygünün öldürülməsi xəbərini eşitdim. Ceyhun qızımı səbəbsiz yerə öldürülüb”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 826
Kriminal
Xəbərlər
-
Prezident Çin rəsmisini qəbul etdi
-
I Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
-
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Rəsmi
-
Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - ƏSAS ƏLAMƏTLƏR
-
Bloknotdan oxunan hazır cavablar: Ağ Evlə bağlı “çevriliş” iddiası
-
Nikol və Annanın pul sevdaları: Milyonluq şam yeməyi - TƏHLİL
-
“COP29-un keçirilməsi böyük məsuliyyətdir” - Elçin Əmirbəyov
-
Məni bikinidə görsən, başqasına baxmazsan - Roza
-
Bunlar qlobal iqtisadiyyatı dağıdır – BVF rəhbəri
-
Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır - İlham Əliyev
-
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı
-
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib: nələr müzakirə olunub?
-
Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA
-
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz“in keçmiş işçisini özünə müşavir götürüb
-
Azərbaycan İsrailə 18 ton dondurma satıb – 1 kiloqramı 7 manata
-
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
-
Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas
-
Maaşlar yenidən artırıla bilərmi? - VİDEO
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi
-
“Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır“ - Ermənistanın Aİ-dəki səfiri
-
Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır?
-
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA
-
Sədərək rayonunda sursat partladı - İki nəfər həlak oldu
-
Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib
-
“Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək“ - Putinin sözçüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
DİM imtahan cavablarını açıqladı - Buradan yoxlaya bilərsiniz
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi - VİDEO
-
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
-
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
-
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO
-
Almaniya Rusiya pullarının müsadirəsini istəmir – Səbəb
-
“Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar” – “Tərtər işi”
-
“Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir“ - Ermənistan XİN
-
29-da Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
-
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”
-
Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?
-
“Altı ayda Qəzzada 13 min uşaq ölüb” - BMT
-
Bakının bu küçələri də plana düşdü - Söküntü işləri aparılacaq + VİDEO
-
“Mask gözlənilmədən Çinə səfərə gedib“ - KİV
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO
-
Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? - VİDEO
-
İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq”
-
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
-
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO
-
“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? - VİDEO
-
Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışıb - VİDEO
-
Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var
-
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
-
“Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram“ - Xuraman Şuşalı
-
“Nə baş verdiyini bu gün desəm...“ - Salah Kloppla niyə mübahisə edib?
-
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
-
Məhkumlar yaşa görə əmək pensiyası alırlar? - RƏSMİ CAVAB
-
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
-
TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO
-
Japarov Azərbaycana niyə gəldi? - TƏHLİL
-
“Real Madrid” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq – KİV
-
Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı
-
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
-
ABŞ yeni “qiyamət günü təyyarəsi” hazırlayacaq – “Reuters”
-
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO/VİDEO
-
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
-
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - VİDEO
-
Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda diqqətli olun!
-
Bakıda ilanların sayı artıb? - VİDEO
-
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
-
Ölkədə fındıq istehsalı və ixracı artsa da, idxal azalmır - Araşdırma
-
Prezident bir qrup sahibkarı təltif etdi - SİYAHI
-
Ukraynanın İstanbulda barışıqdan imtinasının səbəbi - KİV
-
Bu pomidorları almayın! - RİSKLİDİR
-
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
-
Ali Məhkəmənin hakimi intihar etdi - ŞOK SƏBƏB
-
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
-
“Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq” - Peskov
-
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
-
Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?
-
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
-
Şuşada mina partladı - xəsarət alan var
-
Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb - VİDEO
-
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
-
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
-
Polis Xankəndidə əməliyyat keçirdi - VİDEO
-
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət olunub - FOTO
-
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
F-16-ları məhv edəcəyik - Juravlyov
-
Tarixdə ilk imperiya necə yaranıb? - Maraqlı faktlar
-
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
-
Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər - VİDEO
-
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
-
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...
-
Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO
-
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
-
Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları - Valideynlərə xəbərdarlıq
-
MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO
-
“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident
-
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətləri
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - VİDEO
-
Kanada baş nazirindən açıqlama - Ölkədə “TikTok” bağlanır?
-
“Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” - KİV
-
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTOLAR
-
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
-
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO
-
Hansı meyvənin tumu botoks effekti verir? - ARAŞDIRMA
-
İlan zəhərini necə əldə edirlər? - Tükürpədən GÖRÜNTÜLƏR + VİDEO
-
Qırğızıstanla Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur
-
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - FOTO/VİDEO
-
Talıb Talenin toyu olacaq - VİDEO
-
Bəzi tikinti materialları BAHALAŞACAQ
-
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
-
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
-
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
-
İki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə
-
Azərbaycan və Qırğızıstana iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir
-
“Landmark“ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə “stop“ qoyulur
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
TOP 10
ARXİV