![]() |
|














Oliqarx övladlarının “Sea Breeze”dəki davası ilə bağlı məhkəmə prosesi başladı – 2-ci cinayət DOSYESİ + VİDEO
Tarix 28.11.23, 23:19 |
|

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı daha bir cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Məsələ burasındadır ki, bu ilin iyununda “Sea Breeze”də baş verən, sonradan davaya çevrilən mübahisə ilə bağlı 3 cinayət işi başlanıb.
Dava tərəfləri bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxslərdir. Azərbaycan istintaq-məhkəmə tarixində bu yanaşma bir yenilikdir. Bundan başqa “Sea Breeze”dəki dava ilə bağlı cinayət işlərinin eyni hakimin icraatında olması da maraq doğurur. Məhkəmələrdə cinayət işlərinin hakimlərin icraatına verilməsi qaydası elektronlaşıb. Buna baxmayaraq, məhkəməyə daxil olan hər iki cinayət işi elektron qaydada olsa da, hakim Mirheydər Zeynalovun icraatına verilib.

Noyabrın 28-də Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası baş tutub. Cavad Muradov əmlaka qəsdən ziyan vurmaqda və qrup halında xuliqanlıqda, Şamxal Məmmədov isə qrup halında xuliqanlıqda ittiham olunurlar.
Bu cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.
Elgün İsmayılovdan savayı, digər 3 şəxs və məktəbli Murad Məzahir oğlu Əhmədli digər cinayət işində təqsirləndirilən şəxs, Cavad Muradovla Elnur Leysan oğlu Məmmədov isə zərərçəkəndirlər.

Elnur Məmmədov
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, zərərçəkən Elgün İsmayılov xəstə olduğundan onu nümayəndəsi Faiq Nəcəfov təmsil edir.
Tərəflərin anket məlumatları aydınlaşdırılandan sonra zərərçəkən Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli iş üzrə Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməli olduğunu deyib. Hakimə Elnur Məmmədovun harada olması ilə bağlı sual ünvanlayıb. Hakim isə onun harada olduğunu bilmədiyini deyib.
Vəkil şifahi vəsatətlə çıxış edib:
- Bu iş üzrə biz ittiham tərəfiyik. Digər iş üzrə təqsirləndirilənik. Siz həm həmin işdə, həm də bu işdə hakimsiniz. Elnur Məmmədov digər iş üzrə ifadə verib. Bir daha məlum olub ki, o bu işdə tək iştirakçı deyil, həm də təhrikçidir, söyüşü də o söyüb, Elmir İsmayılovun maşınının qabağını da o kəsib, davanı da o salıb. Amma o, bu gün burada yoxdur. O, gəlsin, otursun Cavad Muradovun yanında.
<iframe width="635" height="357" src="https://www.youtube.com/embed/nceTvPB-Rhs" title="⚠️Nardaranda istirahət mərkəzlərindən birində kütləvi dava olub" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>
Dövlət ittihamçısı Amin Şəkərəliyev Elnur Məmmədovla bağlı vəsatətə məhkəmənin gedişində baxıla biləcəyini söyləyib.
Vəkil şifahi vəsatətinin yazılı şəkildə təqdim edəcəyini bildirib. Hakim vəsatətə bundan sonra baxılacağını deyib.
Vəkil Abbas Kərimbəyli eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı dövründə həbsdə saxlanılması üçün əsasların olmadığını və onların bu müddət ərzində azadlıqda qalmalarına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırıb:
-Bu məsələyə hazırlıq iclasında baxılacağını bildiyimizdən hesab edirik ki, təqsirləndirilən şəxslər Cavad Muradovla Şamxal Məmmədovun həbsdə saxlanılmaları üçün hər hansı bir ağırlaşdırıcı hal da yoxdur. Təqsirləndirilənlər əvvəllər məhkum edilməyiblər, residiv yoxdur, Cavad Muradov ailəlidir, himayəsində azyaşlı uşağı var, işdə isə hər hansı bir ağırlaşdırıcı hal da mövcud deyil. Ən əsası isə mübahisədən bir gün sonra tərəflər barışıblar.
Cavad Muradovun vəkili çıxışında müvəkkilinə verilmiş ittihamın əsassız olduğunu bildirib. Tərəflərin barışığını əsas gətirərək məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətnin olduğunu vurğulayıb.
Məhkəmənin diqqətinə çatdırıb ki, ittihama görə də münaqişəni digər şəxs başlayıb, Cavad Muradov münaqişədən sonradan xəbər tutub, bundan sonra da tərəfləri sakitləşdirməyə çalışıb. Vəkil bildirib ki, Cavad Muradovun niyyəti heç bir halda xuliqanlıq olmayıb, bu səbəbdən də ona verilmiş xuliqanlıq maddəsi digər maddəyə tövsif olunaraq bu maddəyə xitam verilməlidir. Hakim bu məsələyə məhkəmə baxışı zamanı baxıla biləcəyini söyləyib.
Bundan sonra vəkil Cavid Muradovun barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatətlə də çıxış edib: “Siz də, biz də bilirik ki, bu cinayət işinin istintaqı nəzarətə götürülüb”.
Hakim: “Biz bilmirik”.
Vəkil: “Amma bu nəzarətə götürülmə heç bir halda insanların kütləvi həbsi ilə nəticələnməməli idi. Kütləvi qardaşlıq məzarı qazılmamalı idi. Əminəm ki, nəzarətə götürən deməyib ki, Cavad Muradovu, ucdantutma hamını həbs edin. Niyə məhkəmə qanuni əsaslar ola-ola Cavad Muradovu həbsdən azad etməməlidir?
Digər təqsirlədirilən şəxs Şamxal Məmmədovun vəkili İlqar İsmayılov da müvəkkilinin barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Cavad Muradov
Təqsirləndirilən Cavad Muradov vəkilinin vəsatətini müdafiə edib. Bidirib ki, ittiham üzrə özünü qismən təqsirli bilir. O, əmlaka qəsdən ziyan vurulması ittihamını qəbul etmədiyini söyləməklə vəsatətin təmin edilməsini xahiş edib:
-Ailəliyəm, 1 il 6 aylıq qız övladının atasıyam. Ailəmin yeganə gəlir gətirəni mənəm. İş üzrə zərərçəkənlərlə də barışmışıq. İttiham verilmiş maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm bunları nəzərə alıb barəmizdə ev duqtaqlığı qərarı verəsiniz.
Hakim vəsatətlərə dekabrın 1-də keçiriləcək iclasda münasibət bildiriləcəyini açıqlayıb.
İttihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisə baş verən gün Elnur Məmmədov qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov Elmirin restorandan çıxmasını görüncə onun arxasınca çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yarasız hala düşüb, sındırılıb. Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq baş vermiş hadisəyə görə 3 cinayət işi başlanıb, Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Cavad Muradov Elmir İsmayılov və digərilərinə qarşı xuliqanlıqda, Elmir İsmayılova məxsus nəqliyyat vasitəsinə 12 min 400 manatlıq ziyan vurmaqda ittiham olunur. (musavat.com)
Xəbərin oxunma sayı : 946
Gündəm
Xəbərlər
-
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlandı - DSX
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezidentdən mesaj
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
TOP 10
ARXİV