“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin

Tarix 11.05.25, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


“Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Mən Prezident Ərdoğandan danışıqların İstanbulda aparılmasını xahiş edəcəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

Putin Rusiya-Ukrayna danışıqlarının təşkilində Türkiyənin roluna diqqət çəkib və məsələ ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışacağını bildirib.

O, Rusiyanın Ukrayna ilə dialoqdan heç vaxt imtina etmədiyini qeyd edib. Bu kontekstdə Putin Kiyev hakimiyyəti ilə 2022-ci ilin sonunda dayandırdıqları danışıqlara yenidən başlamağı təklif etdiklərini açıqlayıb:

“Biz birbaşa danışıqların, xüsusilə ilkin şərt olmadan, əvvəllər heç bir fasilə verilmədən başlandığı İstanbulda mayın 15-i cümə axşamı günü bərpa olunmasını təklif edirik”.

Rusiya ilə Ukrayna arasında danışıqların təşkili üçün Türkiyənin bir sıra təkliflər verdiyini xatırladan Putin, bu tədbirin təşkilində Ərdoğanın da çox iş gördüyünü bildirib:

“Prezident Ərdoğanla danışacam. Ondan Türkiyədə danışıqlar üçün belə bir fürsət verməsini xahiş edirəm. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışlarına töhfə vermək istəyini təsdiq edəcək. Ukrayna ilə ciddi danışıqlar aparmaqda qərarlıyıq”.



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap