“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?

Tarix 09.05.25, 9:05

Font ölçüsü : - / +
bitmap-img6


Anqola Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

AzFakt.com xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Prezident Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.

Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.



Xəbərin oxunma sayı : 151




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap