“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO

Tarix 11.05.25, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


May ayının 11-i saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, İran ərazisindən Xudafərin körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.

Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.

Müqabil tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran vətəndaşları olduğu bildirilib.

Hazırda hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap