![]() |
|














Masallıda dəhşətli olay: “Əmim qızı gecə özü yatağıma gəldi...“ – Şok təfərrüat
Tarix 08.05.23, 16:44 |
|

Masallı rayonunda 1993-cü il təvəllüdlü Fərid doğma əmisi qızı, 2000-ci il təvəllüdlü Sevdanı (adlar şərti verilib – red.) 8 il əvvəl öldürüb. Cinayətin üstü isə ötən il hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində açılıb.
Fərid 2015-ci ilin yanvar ayında, dəqiq məlum olmayan tarixdə, gecə vaxtı aralarında 7 yaş fərqi olan on altı yaşına çatmamış əmisi qızı Sevda ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub, onun qızlıq bəkarətini pozub.
Törətdiyi cinayətin bilinməməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə o, Sevda ilə nişanlanıb, daha sonra evlənəcəyini öhdəlik kimi üzərinə götürüb.
Təcavüz və qətl
Sonradan əsassız bəhanələr gətirən Fərid Sevda ilə evlənmək istəməməsi səbəbindən yaranmış narazılığa aydınlıq gətirmək üçün 5 iyul 2015-ci ildə saat 10 radələrində qızı “VAZ-21011” markalı avtomobilinə mindirib, yaşadıqları evdən təxminən 4-5 kilometr aralıdakı əkin sahəsinə aparıb.
Mübahisə zamanı Sevda Fəridə bildirib ki, sözünə əməl edib onunla evlənməsə, cinsi əlaqədə olmaları və qaçıraraq onu həmin yerə gətirməsi barədə şikayət edəcək.
Sevdanın sakitləşmədiyini görən Fərid törətmiş olduğu cinayəti gizlətmək məqsədilə avtomaşının yük yerində tərəvəz doğramaq üçün saxladığı bıçağı götürüb və Sevdanın boğaz nahiyəsindən vuraraq onu öldürüb.
Daha sonra qətlin izini itirmək, meyiti yoxa çıxarmaq üçün Sevdanın meyitini avtomobilin yük yerinə qoyaraq sahənin o biri tərəfinə, yəni təxminən 1 kilometr aralıda yerləşən su kanalının axdığı əraziyə aparıb. Özü ilə gətirdiyi kürəklə yer qazaraq meyiti orada basdırıb.
Cinayətin izini belə itirmək istədi
Fərid təxminən bir ay sonra həmin yerə gələrək meyitin qismən skeletləşərək üzə çıxdığını görüb və izi bir daha itirmək məqsədilə meyiti gizlətdiyi yerdən çıxarıb, özü ilə gətirdiyi balta ilə meyitin üzərində təhqiredici hərəkətlər etməklə baş hissəsini iki yerə ayırıb, orada qazılmış xəndəkdə basdırıb.
Meyitin digər hissələrini isə kisəyə yığaraq təxminən 500-600 metr məsafədə, kənd ərazisindən keçən su kanalının kənarındakı zibilxana kimi istifadə olunan qazılmış xəndəyə atıb. Gətirdiyi şüşədən benzini tökməklə meyitin qalan hissələrini yandırıb.
Üç maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham elan edilib.
“Onu zorlamamışam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid bildirib ki, 2015-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı gündə, gecə saatlarında əmisi Lətifin evində gecələdiyi zaman evin dəhlizində uzanaraq özünə məxsus mobil telefonda hansısa porno sayta baxıb:
“Gecə əmim qızı Sevda otağından çıxaraq yanıma gəldi və yanımda uzandı. Bu zaman mənim ehtirasım qalxdı. Sevdanın razılığı əsasında bir dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum.
Cinsi əlaqədə olduğum zaman Sevdanın 15 yaşında olduğunu bilmişəm. Sevda ilə qeyri-təbii yolla cinsi əlaqəyə girdikdən sonra onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqəyə girməmişəm. Həmçinin onu zorlamamışam”.
“Anası “başına oyun açacağıq” dedi”
Fərid qeyd edib ki, Sevdanın guya onun tərəfindən zorlanması ilə bağlı yayılan şaiyələrə əsasən onunla evlənməyə məcbur edildiyi üçün aralarında bir qədər soyuqluq yaranıb:
“Bu səbəbdən onların evinə getməməyə başladım. Valideynlərim də Sevda ilə əlaqə saxlamamağı məsləhət gördülər. Dəfələrlə Sevdanı almaq istəmədiyimi evimizdə valideynlərimə demişəm. Əmim Lətifin və ailəsinin də bundan məlumatı olub.
Lətifgilin əkin sahələrinə gedən piyada yol bizim evin yaxınlığından keçdiyi üçün bir neçə dəfə Sevdanın anası Sevil məni görəndə “Sevdanı alacaqsan, almasan gör sənin başına nə oyun açacağıq” deyib”.
“Heç bir yerə getməyəcəm, evlənməliyik”
Təqsirləndirilən şəxs qeyd edib ki, 5 iyul 2015-ci ildə saat 08.25-də Sevdanın anası Sevilə məxsus mobil telefon nömrəsindən ona qısa zəng gəlib: “Buna görə Sevdaya özüm zəng etdım. O mənimlə görüşmək və üzbəüz söhbət etmək istədiyini bildirdi. Görüşə razı oldum.
Sevda evlərinin arxa tərəfindən keçən yola çıxacağını söylədi. Maşınımı həmin yerdə saxladım, yolun kənarında gözləyən Sevda avtomobilin qabaq sağ oturacağına əyləşdi. Əsəbi şəkildə ona təcavüz etdiyimi, evlənmədiyimiz halda şikayət edəcəyini bildirdi.
Sevdaya avtomobildən düşüb getməyi və onu almayacağımı dedim. O isə avtomobildən düşmədi, anasının sahədə olduğunu, onu anasının yanına sahəyə aparmağımı xahiş etdi. Maşını Sevdagilə məxsus əkin sahəsinə sürdüm.
Əkin sahəsinə çatdıqda Sevdaya maşından düşüb anasının yanına getməyi təklif etdim. Sevda anasının sahədə deyil, evdə olduğunu dedi. Ətrafa göz gəzdirdikdə həqiqətən sahədə Sevdanın anasının və ya başqa şəxsin olmadığını gördüm.
Sevda onu qaçırdığımı, anasının da bu barədə səs-küy salacacağını dedi. Sevdaya onu qaçırmadığımı, özünün gəldiyini bildirdim.
Sevda maşından düşdü, başından yaylığı (hicabı) açaraq yelləyib qışqırdı, ona təcavüz etdiyimi dedi, onu qaçırmağımla bağlı ittiham etməyə başladı. Sevdanı sakitləşdirməyə çalışdım, onu evlərinə aparacağımı bildirdim. O, razılaşmadı, əlindəki mobil telefonu göstərdi, atasına zəng edib onu qaçırmağım barədə məlumat verəcəyini dedi.
Sevdanın əlindən mobil telefonu aldım, atasına zəng etmədiyini gördüm, nömrəni çıxararaq telefonu sındırdım, çaya atdım.
Sevda mənimlə mübahisədə ona təcavüz etdiyimi, bu səbəbdən evlənməli olduğumuzu, əks halda onu qaçırmağımla bağlı şər ataraq məni tutduracağını bildirdi. Bu hərəkətlərdən əsəbiləşdiyim üçün avtomobilin yük yerindən tərəvəz doğramaq üçün saxladığı qatlanmayan bıçağı götürdüm, Sevdaya göstərdim, səs-küy salmamasını və evə qayıtmasını, yoxsa onu öldürəcəyimi söylədim. Sevda heç bir yerə getməyəcəyini bildirdi”.
“Əmim qızını öldürmüşəm”
Fəridin ifadəsinə görə, Sevdaya yaxınlaşıb və sağ əlində tutduğu bıçaqla boğazına bir zərbə vurub:
“Yerə yıxılan Sevdanın boğazından qan axmağa başladı. Təxminən 2-3 dəqiqə yerdə çabaladı, xırıldayaraq çaya tərəf sürünərək orada öldü.
Heç kimin görməməsi üçün yaxınlıqdakı sahədən biçilmiş ot gətirdim və meyitinin üzərini otla, çör-çöplə örtdüm. Sonra avtomobilimə əyləşərək hadisə yerindən təxminən 20-30 metr uzaqlaşdım. Meyiti basdıqmaqda köməklik etməsi üçün həmkəndlim və dostum Pərvizə zəng etdim.
Pərvizdən harada olduğunu soruşdum, həmkəndlimiz Vasifin hərbi xidmətə getməsi ilə bağlı təşkil olunan yığıncağa getmək istədiyini bildirdi. Mən də yığıncağa gedəcəyimi, bundan əvvəlsə onunla işim olduğunu dedim, sahəyə gəlməsini xahiş elədim. Pərviz mənimlə razılaşdı.
Sevdanı basdırmaq üçün sahədən bel götürdüm və avtomobilin yük yerinə qoydum. Sonra Pərvizlə görüşdüm, sahəyə tərəf gəldim. Ona əmim qızı Sevdanı öldürdüyümü dedim, meyiti basdırmaqda köməklik etməsini xahiş elədim.
Pərviz inanmadığından onu avtomobilimlə Sevdanı öldürdüyüm əraziyə apardım. Sevdanın meyitini gördükdə meyiti basdırmağa kömək etməyəcəyini bildirdi. Meyitə əl vurmadı və piyada əkin sahəsinə tərəf getdi.
Meyiti qucağıma götürərək maşının yük yerinə qoydum. Onun ayaqlarında olan bir cüt şəpiti də meyitin yanına atdım. Sevdanı öldürdüyüm bıçağı isə götürərək çaya tərəf tulladım”.
“Meyiti qamışlıqda basdırdığımı bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, avtomobili Pərvizin ardınca sürərək onun bərabərinə çatıb, maşına əyləşməsini təklif edib: “Pərviz maşının qabaq sağ oturacağına əyləşdi, avtomaşını özümüzə məxsus əkin sahəsinin o biri tərəfinə, yəni kanalın keçdiyi əraziyə gətirdim. Bir daha Pərvizə Sevdanın meyitini basdırmaqda köməklik etməsini xahiş etdim. Pərviz isə təklifimdən imtina etdi. O, maşından düşüb qaçaraq kəndə tərəf getdi.
Hər hansı şəxsin görə biləcəyindən qorxub, Sevdanın meyitini dərhal maşının yük yerindən çıxardım, kanalın yaxınlığındakı qamışlıqda yer qazaraq meyiti oraya yerləşdirdim. Meyitin üzərinə qamış atdım.
Daha sonra yer qazmaq üçün istifadə etdiyim beli əkin sahəsinə atdım, avtomobillə birbaşa Pərvizgilə getdim. Əynimdəki köynək qana bulaşdığından Pərvizdən dəyişik köynək istədim. O da evdən mənə köynək gətirdi.
Əynimdən çıxardığım qanlı köynəyi və Sevdanın ayaqlarında olmuş bir cüt şəpiti Pərvizgilin həyətində yandırdım. Sonra Pərvizlə sağollaşaraq yaşadığım evə getdim.
Avtomobilin yük yerini yuyub təmizlədim, Vafisgilə getdim və yığıncağında iştirak etdim. Pərviz də həmin yığıncaqda idi. Məndən Sevdanın meyitinin taleyini soruşanda ona meyiti çayın yaxınlığında qamışlıqda basdırdığımı bildirdim”.
“Basdırdığım yerə getdim”
Fəridin sözlərinə görə, yığıncaqda iştirak edən zaman saat təxminən 23 radələrində atası ona zəng edib və harada olduğunu soruşub: “Atama Vasifin yığıncağında olduğunu bildirdim. Atam mənə “Sevil deyir ki, Sevdanı qaçırmısan” söylədi, bu məsələ ilə bağlı nə kimi əlaqəmim olub-olmadığını soruşdu.
Mən də Sevdanı qaçırtmadığımı, onun harada olmasından xəbərsiz olduğumu dedim. Yığıncaqdan çıxaraq evə yollandım. Bir müddət Sevdanın meyitinin dalınca getmədim. Təxminən 10-12 gün sonra dəqiq xatırlamadığım tarixdə Sevdanın meyitinə baxmaq üçün onu basdırdığım yerə getdim.
Meyitin iyləndiyini, ətinin nisbətən töküldüyünü və sümükdən ayrıldığını görərək heç nə etməyib evə qayıtdım”.
“Sümüklərin üzərini torpaqladım”
Fərid qeyd edib ki, bir müddət sonra hər hansı şəxsin Sevdanın meyitini görə biləcəyindən ehtiyatlanıb və meyiti gecə saatlarında oradan başqa yerə aparmaq məqsədi ilə həmin yerə gedib:
“Meyitin atıldığı yerdən bir qədər kənara çıxdığını gördüm. Meyitin başını gətirdiyim balta ilə bədənindən ayırdım. Sonra iki hissəyə böldüm, başı sahədə olan xəndəyə atdım. Meyitin saçını və bədən skeletini (sümüklərini) yaxınlıqdan tapdığım kisəyə yığaraq sahədən çıxardım, çayın üzərindən keçən körpünün yaxınlığına gətirdim. Kənd əhalisinin zibillik kimi istifadə etdiyi xəndəyə atdım. Kisənin üzərinə benzin tökərək yandırdım.
Alovun kənardan görünməsindən ehtiyatlanıb, avtomobilimə minərək evə getdim. Növbəti gün gündüz saatlarında yenidən kisəni yandırdığım yerə getdim. Kisənin içərisində olan meyitin saçının, sümüklərin yanmadığını gördüm. İzi itirmək məqsədi ilə sümüklərin üzərini torpaqladım və oradan uzaqlaşdım”.
“Döyüb zorladığını bildirdim”
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən atası Lətifin sözlərinə görə, 22 mart 2015-ci ildə evdə olduğu zaman Sevdanın başında olan hicabla üzünü örtdüyünü görüb:
“Anası Sevdaya nəyə görə üzünü bağladığını soruşdu. Sevda üzünü açanda onun üzündə və boyun nahiyəsində xəsarət olduğunu gördük. Ondan bunu kimin etdiyini soruşduq. Fəridin onu vurduğunu dedi, anasına çölə çıxmasını və ona sözünün olduğunu bildirdi.
Mən təkidlə onlara çölə çıxmamağı, Sevdaya nə baş veribsə, yanımda deməli olduğunu bildirdim. Bundan sonra Sevda “ata, ötən gün Fərid evdə anamın yaylığı ilə ağzımı, belinin kəməri ilə qolumu bağlayaraq mənim başıma pis iş gətirdi” cavabını verdi.
Bundan sonra Fəridi axtardım. Fərid olduğu yeri gizlətdiyinə görə qardaşım Valehin evinə getdim. Valehin evində qardaşım Vüqar və əmim oğlu Əlini də gördüm.
Fəridin Sevdanı döyüb zorladığını qardaşım Valehə və orada olanlara bildirdim. Fəridin belə bir hərəkətə yol verməsinə inanmadıqlarını desələr də, Sevda ilə danışdıqdan sonra inandılar”.
“Gözləməyi təklif etdi”
Hüquqi varis qeyd edib ki, həyat yoldaşı Sevil və Fəridin anası Təhminə Sevdanın bakirəliyinin pozulub-pozulmamasını aydınlaşdırmaq üçün onu Cəlilabadda həkim işləyən əmisi arvadının yanına aparıblar: “Həkimin yanına gedib qayıtdıqdan sonra Sevdanın bakirəliyinin pozulmadığını bildirdilər.
Sonra arvadım mənə Sevdanın bakirəliyinin pozulduğunu, lakin yanımızda olan Vüqarla Əlinin bilməməsi üçün həqiqəti demədiklərini bildirdi.
Gecə Fəridi görmək üçün onların evinə getdim, amma onu evdə tapa bilmədim. Valeh əsəbi halda olduğumu görüb məni sakitləşdirməyə başladı. Sevdanın onun qızı olduğunu, Fəridlə evləndirəcəyini, lakin Sevdanın məktəbdən çıxarmağımızıı və evdə oturaraq gözləməsini təklif etdi. Yalnız bu halda utancverici hadisədən qurtaracağımı düşündüm.
Aramızda olan razılıq əsasında Sevdanı məktəbdən çıxardım və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermədim”.
“Nəticə olmadı”
Lətif deyib ki, növbəti günlərin birində kənddə təmir işləri görən zaman qohumu Əli ona zəng edib və evə gəlməli olduğunu deyib: “Arvadımın mobil nömrəsinə zəng zəng etsəm də, telefonu açan olmadı. Sonra isə telefon söndü. Evə gələrək Sevdanın yoxa çıxdığını bildim.
Sevilə nə üçün mobil telefona cavab vermədiyini soruşdum. O, telefonun Sevdada olduğunu və özü ilə apardığını dedi. Sevdanın evə gəlmədiyini gördük və soraqlaşmağa başladıq. Lakin onu tapa bilmədik.
Növbəti gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdim, Masallı rayon polis şöbəsində araşdırma aparıldı. Lakin nəticə əldə olunmadı”.
“Zorlanması faktı təsdiqini tapmadı”
Lətif bildirib ki, 2019-cu ildə Sevdanın oğurlanması fakı ilə bağlı Baş Prokuroluqda cinayət işi başlanılıb və Masallı rayon polis şöbəsinə göndərilib:
“Lakin Sevdanın olduğu yer müəyyən edilmədiyindən 2021-ci ilin aprelində bir neçə dəfə arvadım “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verlişinə çıxdı. Sevda itkin düşərək tapılmadığından onun Fərid tərəfindən zorlanması ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət etdik.
Sevdanın həmin vaxt əynində olan paltarları da polisə təqdim etdik. Şikayət Masallı prokurorluğuna göndərildi. Lakin Sevda itkin düşdüyündən və izahatını almaq qeyri-mümkün olduğundan onun Fərid tərəfindən zorlanması faktı təsdiqini tapmadı.
Sevdanın itkin düşməsi ilə bağlı araşdırma zamanı müəyyən edildi ki, qızım Sevda qardaşım oğlu Fərid 5 iyul 2015-ci ildə kənddə aralıda yerləşən əkin sahəsindən axan çayın yaxınlığında öldürüb, daha sonra isə onun meyitini gizlədib, yandırıb və basdırıb”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə Fəridə cəza təyin edilməyib.
Ona Cinayət Məcəlləsinin 120.2.6-ci maddəsinə əsasən 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 aprel 2022-ci ildən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə bəraət verilməsini istəyib.
Bundan başqa, təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.6-ci maddəsini həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Fəridin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Fəridin şikayəti təmin olunmayıb. /Teleqraf.com
Xəbərin oxunma sayı : 745
Kriminal
Xəbərlər
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
-
28 il əvvəl satdığı maşının cərimələri adına gəlir... VİDEO
-
Baş yepiskop Paşinyanı devirməyə hazırlaşırmış - İttihamlar açıqlandı
-
Çin hərbi potensialını görünməmiş sürətlə artırır - ABŞ generalı
-
Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ
-
İran vurulan nüvə obyektlərində işlərə başlayıb - Peyk görüntüləri yayılıb + FOTO
-
Zaqatalada təhlükəli vəizyyət: 100-dən çox ev su altında qala bilər (FOTO)
-
Azərbaycan XİN bəyanat yayıb - Rusiyada azərbaycanlılara hücumlarla bağlı
-
Bostanlarda yığılan qarpız yerində neçəyədir? - VİDEO
-
Yay tətilinə gedən tələbələr kirayə qaldıqları evləri bu səbəbdən boşaltmır - VİDEO
-
Göyçay sakinləri illərdir yolsuzluqdan əziyyət çəkir - ŞİKAYƏT
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ
-
İrəvan məhkəməsindən qərar:Arxiyepiskop Mikael Acapaxyanı həbs edildi
-
Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir - AEBA
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
“Münaqişə zamanı həm İran, həm də İsrail vurulub“ - Tramp
-
Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq - Hakan Fidan
-
“İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik“ - XİN
-
“Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq“ - Putin
-
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi
-
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...
-
İsrail ordusunun 7 əsgəri pusquya düşərək öldürüldü - VİDEO
-
Maşınlarını işçilərə yudurdan direktor və müavini - Cəzalandırılacaq
-
Ermənistanda kilsə tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma - VİDEO
-
Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR
-
Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
-
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
-
Prezident Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyənlərdən danışdı - FOTO
-
Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda
-
Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə
-
37 dərəcə isti olacaq - Sabahın havası
-
Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - MÜRACİƏT
-
“Məni alan cekpot udub, hərtərəfli qızam“ - Qumral
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - Müdafiə Nazirliyi
-
Ronaldo “Əl-Nəsr”də qaldı - Rekord məbləğ alacaq
-
Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər - VİDEO
-
“Azərbaycanfilm” və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
DİN və Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı - Müraciət
-
Uşaqlar arasında “beşinci xəstəlik“ yayılıb - Nə etməli?
-
Meloni qəribə davranışları ilə yenidən gündəmdə - VİDEO
-
Gümüş bahalaşmaqda davam edir - VİDEO
-
Ukrayna iqtisadiyyatı çökmək üzrədir - “Vaşinqton Post“
-
Mobil təhlükə artır: “SMS Blaster“ fırıldağı sürətlə yayılır
-
Bu adamlar yumurta yeməməlidir - Səbəbi AÇIQLANDI
-
ABŞ Çinlə ticarət razılaşması imzalayıb - TRAMP
-
“40 min manat ziyandayam“ - Arıçılar çətin vəziyyətdə - VİDEO
-
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş... - VİDEO
-
Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib - Tramp
-
Partlayış kinostudiyanın anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi
-
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
-
Narkotikə “yox” deyək - DİN-dən yeni sosial çarx
-
Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir? - VİDEO
-
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
“Normallaşma müzakirələri davam edir“ - Ermənistan XİN
TOP 10
ARXİV
İyun, 2025
B.e
Ç.a
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30