“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nazirlik 26 minə 5 ədəd “Niva” alır - Satışda 18,7 min manatdır

Tarix 07.08.24, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri dəyəri 130 min 750 manat olan tender müsabiqələrinin qalibi “Xəzər Auto” MMC (VÖEN –1306467891) olub.
Tenderin şərtlərinə görə, “Xəzər Auto” MMC Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 ədəd avtomobil satacaq. Açıqlanan məlumatlarda göstərilir ki, satın alınacaq avtomobilin istehsal ili 2023-cü ildir (yeni). Mühərrikinin həcmi 1,7 L (benzin) olan ağ rəngli avtomobillər 83 at gücündə olmaqla 3 qapılı olacaqlar. “Xəzər Auto” MMC tərəfindən satılan avtomobillər arasında qeyd olunan göstəricilərə uyğun gələn yeganə model “Lada Niva”dır.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 ədəd “Lada Niva” avtomobili üçün 26 min 150 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, dünən (7 avqust 2024) ölkənin aparıcı avtomobil elanı saytlarından birində “Xəzər Auto” MMC tərəfindən yerləşdirilən elanda göstərilir ki, 2024-ci il istehsalı və 0 km yürüşü olan “Lada Niva”nın satış qiyməti 18 min 700 manatdır.



Onu da qeyd edək ki, “Xəzər Auto” MMC 13 dekabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nərimanov pr., ev 55, m 67-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbaslı Kamran İlkin oğludur.





Xəbərin oxunma sayı : 1066




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap