Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Nazir yeni direktor təyin etdi - Adil Kərimlidən əmr

Tarix 14.05.25, 9:55

Font ölçüsü : - / +
bitmap-img6


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.

AzFakt.com xəbər verir ki, bununla bağlı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Leyla Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2002-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
Ətraflı

2004-cü ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ildə "Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildə həmin kafedranın professoru vəzifəsinə seçilib.

O, 2013-2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.

L.Quliyeva "Xarici musiqi tarixi”, "Musiqi tarixi”, "Müasir musiqi” proqramlarının, bəstəkarlar Azər Rzayev və Həsən Rzayevlə bağlı kitabçaların, "Cahangir Cahangirov” adlı monoqrafiya və digər nəşrlərin müəllifidir.





Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap