“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

DTX-nin həbs etdiyi sabiq diplomatdan xəbər var - Qərar verildi

Tarix 13.05.25, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl diplomatiya sistemindən uzaqlaşdırılmış Ramiz Vəliyevin həbs müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, Ramiz Vəliyev Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nın təqdimatı əsasında Səbail Rayon Məhkəməsi Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb. Vəliyev bir müddət də Livanda səfirlikdə işləyib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.



Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap