Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nazir rəqəmləri açıqladı: “158 min nəfər işlə təmin edilib və...“

Tarix 28.11.25, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


"Məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə baş tutan Gələcəyin Peşələri Sammitində bildirib.

Nazir qeyd edib ki, onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib:

"Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir.

İşsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşdırılması, eyni zamanda, işaxtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır".

Anar Əliyev bildirib ki, vətəndaşlara peşə bacarıqlarının aşılanması, onların yeni peşələrə yiyələnməsi və əmək bazarında iştirakının təmin edilməsi məqsədilə peşə hazırlığı kursları ilə yanaşı, müxtəlif peşəyönümlü layihələr də həyata keçirilməkdədir. Belə ki, 2022-ci ildən başlayaraq keçirilən "Peşələr festivalı" minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olub:

"Cari ildə 11 şəhər və rayonu əhatə edən "PeşəFest 2025" marafonunda 95 mindən çox gənc və məktəbli bu platforma vasitəsilə əmək bazarındakı aktual trendlərlə tanış olmaq, müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera planlarını formalaşdırmaq imkanı əldə ediblər".



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap