Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Yeni Klinika“nın 27 min manatlıq “məsləhət xidməti“: Qalib kimdir?

Tarix 28.11.25, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


 "Yeni Klinika" 2024-cü ilin noyabr ayının 19-da ""Yeni klinika” publik hüquqi şəxsin inzibati binasında və ərazisində istiqamətverici, məlumatverici, informativ lövhələrin və nişanların müasir beynəlxalq tələblərə uyğun qurulması üçün məsləhət xidməti" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 27.000 manat, qalib isə Əliyev Çingiz Minacəddin oğlu olub. 
 
Klinikanın qalib elan etdiyi Minacəddin Əliyev satınalmada ehtimal olunan qiymətdən - 29500 manatdan 2500 manat az vəsaitlə - 27000 manat smeta ilə qalib seçilib. 
 
  
Klinikanın bu satınalmasında predmetlərin bəzilərində rəy vermək üçün konkret həmin sahə üzrə mütəxəssis olması tələb olunur. Lakin qalib elan edilən şəxsin kimliyi, peşəsi, komandası, təcrübəsi barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir. 
 
Məsələn, satınalma müqaviləsinin 2-ci bəndində "Quraşdırılmasına ehtiyac olan lövhələrin və nişanların yerlərinin müəyyən edilməsi" tələbi var. Bu işin görülməsini yerinə yetirəcək şəxsin təcrübə, lisenziya və ixtisası ilə müqavilənin 11-ci bəndində göstərilən "Xidmət göstərilən zaman müasir beynəlxalq təcrübənin və standartların tələblərinə uyğun bu sahələr üzrə digər zəruri işlərin müəyyən edilməsi" tələbinə uyğun olaraq "beynəlxalq təcrübə"nin hansı dərəcədə olması ciddi sual tələb edir. 
 
 
Məsələ ilə bağlı "Yeni Klinika"dan mövqe öyrənilib. Klinikanın açıqlamasında deyilir:
 
"Satınalma komissiyasının qərarı ilə tələblərə uyğun, yəni şərtlər toplusunda göstərilən bütün meyarları qarşılayan, həmçinin analoji sahədə təcrübəsinin və maliyyə imkanlarının, ödəmə qabiliyyətinin olması barədə müvafiq sənədləri mövcud olan və ən aşağı qiymət təklifi təqdim etmiş fiziki şəxs Çingiz Minacəddin oğlu Əliyev satınalma prosedurunun qalibi elan edilmiş və satınalmanın nəticələri sahə üzrə müvafiq nəzarət orqanı olan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilmişdir. Tenderin qalibi fərdi sahibkar Çingiz Minacəddin oğlu Əliyev analoji sahə üzrə təcrübəyə, bilik və bacarığa, eləcə də digər müvafiq resurslara malik olduğundan qalib elan edilib".
 
 
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından "Yeni Klinika"da auidit aparılıb-aparılmaması barədə məlumat alınıb. 
 
Hesablama Palatasının açıqlamasında "Yeni Klinika"da 2024-2025-ci illərdə audit aparılmadığı deyilir. 
 
Qeyd edək ki, 2020-ci ilin mart ayından fəaliyyət göstərir. 
 
 
"Yeni Klinika"nın Barat Yusubovdur.
 



Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap