“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda qara çörək bahalaşır: Səbəb kəpək ununun qiymətidir?

Tarix 26.02.26, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar Bakıda qara undan hazırlanan çörək və çörək məmulatlarının qiymətində artım müşahidə olunur. Bu undan hazırlanan çörəklərin bir ədədinin qiyməti 1-1,2 manat arasında dəyişir. Satıcıları bunun səbəbini kəpək unun topdansatış qiymətinin artması ilə əlaqələndirir.

Qaynarinfo məsələ ilə bağlı bir neçə məşhur un şirkəti ilə əlaqə saxlayıb.

"Dəvəçi-Dəyirman" MMC şirkətindən bildirilib ki, kəpək unu tonla satılır. Onların sözlərinə görə, bir ton kəpək ununun topdansatış qiyməti 300 manata başa gəlir. Bu unun 20 kiloqramlıq kisəsi isə 6 manata təklif edilir.

"Karmen" MMC 35 kiloluq kəpək ununun topdansatış qiymətinin 10 manat 85 qəpik olduğunu bildirib. Bundan əlavə, şirkət kəpək ununun qiymətinin son bir ayda qalxmadığını bildirib.

"Karat Holdinq" MMC isə kəpək ununun 20 kiloqramlıq kisəsinin 6 manat 40 qəpiyə satıldığını bildirib.

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında "kəpəkli baton" və digər qara çörək növlərinin bahalaşmasının səbəblərini istehsal xərclərinin artması ilə əlaqələndirib:

"Qara çörək növlərində istifadə olunan kəpəkli və çovdar tərkibli un ağ una nisbətən daha bahalıdır və bu xammalın qiymətində baş verən dəyişikliklər birbaşa məhsulun maya dəyərinə təsir edir. Bundan əlavə, son dövrlər daşınma, enerji və qablaşdırma xərclərinin artması da istehsalçıların ümumi xərcini yüksəldib. Məhz buna görə N1 çörək zavodu və "Çörəkçi" kimi istehsalçılar bəzi məhsulların qiymətinə artırmaq məcburiyyətində qalıblar. 400 qramlıq "kəpəkli baton" çörəyində 19-20 qəpik artım da bu xərc fərqini kompensasiya etmək məqsədi daşıyır".

Akif Nəsirli ağ çörək növlərində, o cümlədən kütləvi istehlak olunan "zavod çörəyi"ndə qiymət artımının qeydə alınmamasının səbəbini bu məhsulun sosial əhəmiyyətli sayılması ilə əlaqələndirib:

"Belə çörəklər gündəlik tələbat məhsulu olduğu üçün onların qiyməti adətən daha sabit saxlanılır və bəzən istehsalçılar mənfəət marjasını aşağı salaraq qiymət artımından yayınırlar. Buna görə də artım əsasən alternativ və daha baha başa gələn qara çörək növlərində müşahidə olunur. Eyni zamanda, bir biznes sahibi həmişə istəyər ki, gəlir və mənfəətini artırsın, amma bu yalnız qiymət artımı hesabına başa gəlməməlidir. Məsələn, innovasiyaların tətbiqi hesabına məhsulun maya dəyərini aşağı salmaqla da mənfəəti artırmaq olar".



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap