![]() |
|














Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı
Tarix 30.09.23, 16:56 |
|

ABŞ-dəki erməni lobbisi özünün əsas dayaqlarından birini itirdi. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator Bob Menendes indi qanun qarşısında cavab verməyə hazırlaşır.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Dünya erməniləri kədər içindədirlər. İllər uzunu onların çirkin yalanlarının, iftiralarının, haqsız iddialarının müdafiəçisi kimi çıxış edən ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert (Bob) Menendes dələduz çıxıb. Bu, onsuz da bəlli idi. Ermənilərin haqsız kampaniyalarına, türkofob siyasətinə dəstək verən belə də olmalı idi. Korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan bu şəxsin cinayətlərinə onun xanımı erməniəsilli Nadin Arslanyan da şərik olub. Senatorun bəlli olan cinayəti ondan ibarətdir ki, bu şəxs Misir hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb. Menendes vəzifəsindən müvəqqəti uzaqlaşdırılsa da, şübhəsiz ki, bu, onun karyerasının sonu deməkdir. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator indi qanun qarşısında cavab verməyə hazırlaşır.
Qızıl külçələr, nağd pul, avtomobil...
Məlumata görə, Menendes və həyat yoldaşı yüz minlərlə dollar dəyərində rüşvət almaqda ittiham olunurlar. Prokurorluğun iddiasına görə, rüşvətlərə qızıl külçələr, nağd pul, ev ipotekası ödənişləri, yarımçıq iş günü və ya işdən kənarda olmağa görə kompensasiya və bahalı avtomobil daxildir. Həmçinin, onun həyat yoldaşı, milliyyətcə erməni olan Nadin Arslanyan və Nyu-Cersidən olan üç iş adamı da bu işlərdə iştirak etməkdə ittiham olunurlar. Bu şəxslər Menendesin ABŞ senatoru kimi səlahiyyətindən şəxsi maraqlar və Misirin xeyrinə, daha doğrusu, ABŞ-yə halal ət tədarükündə inhisarı əldə saxlamaq üçün istifadə etmək səylərini koordinasiya ediblər. Prokurorluqdan Menendesin evində və onun bank qutusunda aparılan axtarışlar zamanı üzərində onun adı yazılmış pencəklərin ciblərində zərflər də daxil olmaqla, təxminən 500 min dollar pul tapılıb. Prokurorlar iddia edir ki, zərflərin bəzilərində senatorun rüşvət almaqda ittiham olunduğu iş adamlarından birinin barmaq izləri və ya DNT-si olub.
Bir milyon dollarlıq rüşvət ittihamı
İttiham tərəfi Menendesin bir milyon dollardan çox rüşvət aldığını iddia edir. Müstəntiqlərin sözlərinə görə, senator bütün bunları “köməyə görə minnətdarlıq” kimi qəbul edib. İstintaq həmçinin siyasətçini tərəfdaşlarından birinə qarşı cinayət təhqiqatını pozmaqda ittiham edir. Əvvəlcə Menendes bütün ittihamları yaxın buraxmayaraq vəzifəsini tərk etməkdən imtina edib. Amma partiya yoldaşlarının təzyiqindən sonra postunu tərk edib. Menendes 2006-cı ildə ilk dəfə Senata namizəd olanda korrupsiyada şübhəli bilinirdi. Federal prokurorlar siyasətçinin milyonlarla dollar federal qrant almasına kömək etdiyi və ona yüz minlərlə dollar icarə haqqı ödədiyi qeyri-kommersiya təşkilatını araşdırırdı. Lakin o zaman heç bir rəsmi ittiham irəli sürülməyib. 2015-ci ildə Menendes vəzifəsindən istifadə edərək üçüncü şəxslərə pul müqabilində kömək etməkdə şübhəli bilinirdi. Onun Floridadakı sponsoru Solomon Melgemin biznesinə dəstək verə biləcəyi şübhələri vardı. Amma istintaq zamanı siyasətçinin xidmət müqabilində hər hansı ödəniş və ya hədiyyə alması sübuta yetirilməyib və 2018-ci ildə ona bəraət verilib.
ABŞ-Ermənistan əlaqələrinə mənfi təsir edəcək
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, çoxsaylı cinayətlərdə şübhəli bilinən siyasətçi Ermənistanı dəstəkləyən əsas senatorlardan biridir və onun mühakiməsi İrəvanla ABŞ arasında yaxınlaşmaya mənfi təsir göstərəcək. “Bu hadisədən sonra ABŞ hökumət strukturu ilə Ermənistan rəhbərliyi arasında təmaslar azalacaq. Bu baş verərsə, Ermənistan lideri Nikol Paşinyanın ölkəsini ABŞ-nin müttəfiqliyinə çəkmək ehtimalı da azalacaq”, - deyə ekspert vurğulayıb.
Beynəlxalq politoloq Konstantin Bloxin də qeyd edib ki, Menendesə qarşı aparılan istintaq 2024-cü ildə demokratların və ABŞ Prezidenti Co Baydenin mövqelərinə ciddi təsir etməyəcək. “Bu, yalnız senatorlardan biridir. Bayden özü də dərin dövlətin nümayəndəsidir. O, toxunulmazlar qrupuna aiddir”, - ekspert qeyd edib.
Bayden də Menendesin getməsini istəyir
CNN analitiklərinin fikrincə, demokrat senatora qarşı cinayət işi açmaqla ABŞ Ədliyyə Departamenti göstərmək istəyib ki, partiya mənsubiyyətindən asılı olmayaraq siyasətçilərin fəaliyyətini eyni dərəcədə diqqətlə araşdırır. Tanınmış siyasi şərhçi Cessi Uotters hesab edir ki, Menendesə qarşı aparılan istintaq demokratların diqqəti Baydenin impiçment araşdırmasının başlamasından yayındırmaq cəhdidir. O hesab edir ki, dövlət başçısının özü Menendesin Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən istefa verməsində maraqlıdır. “Menendes Baydenin geri qaytarmaq istədiyi İran razılaşmasına nifrət edir. Menendes İsraili sevir, Bayden isə o qədər də yox”, - Uotters deyib. Qeyd edilir ki, məhkəmə işinin arxasında Bayden dayanmır, çünki o, respublikaçılardan birinə qarşı məhkəmə prosesi başlatmağa üstünlük verərdi.
Beləliklə, sadalananlar Menendesin dələduzluğunun yalnız bir hissəsidir. Lakin elə bunlar da onun obrazını göz önündə canlandırmaq üçün kifayətdir. Hər halda bütün bunlar dünyaya demokratiya dərsi keçmək istəyən, insan haqlarından dəm vuran dövlətin mahiyyətini ortaya qoyur. 30 il işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması, milyonlarla insanın hüquqlarının pozulmasına göz yumulması dediklərimizi təsdiq edir.
Yeri gəlmişkən, Amerika Federal Prokurorluğu dərin araşdırmalar aparsa, Menendesin erməni diaspor təmsilçilərindən aldığı rüşvətin həcmini də müəyyənləşdirə bilər. Bu şəxs Konqresdə Dövlət Departamenti rəsmilərinə sərt şəkildə deyirdi ki, Ankara və Bakını cəzalandırmaq lazımdır. Aydındır ki, Menendes bu ittihamların qarşılığında da ermənilərdən milyonlar alıb.
Xəbərin oxunma sayı : 625
Dünya
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV