“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Masazırda bəzi əraziləri su basıb, sakinlər çətin vəziyyətə qalıb - VİDEO

Tarix 09.12.24, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Masazırda bəzi əraziləri su basıb, sakinlər çətin vəziyyətə qalıb
Abşeron rayonu, Masazır qəsəbəsində bəzi əraziləri su basıb, ailələr çarəsiz qalıb evdən çıxa bilməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinə bu barədə məlumat daxil olan kimi Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

Mövcud vəziyyət Masazır qəsəbəsinin Əliağa Vahid küçəsindəki döngə 5 ünvanında yaşanır. Bu küçədə bütün əraziləri kanalizasiya suları basıb. Sakinlər yalnız iriboğaz çəkmələrlə böyük gölməçələrdən keçərək mənzillərindən bayıra çıxmağa çalışırlar. 

Qeyd edək ki, Xırdalan şəhərində də eyni vəziyyət hökm sürür. Dünəndən yağan yağış suları ətraf küçə və prospektləri keçilməz edib. İri gölməçələrin yaranması piyadaların və avtomobillərin hərəkətində ciddi problemlər yaradıb. Məsələ ilə bağlı Abşeron Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov “Xəzər Xəbər”ə bildirib ki, günün sonuna qədər bütün əsas küçələrdən suyun çəkilməsi prosesi yekunlaşacaq.





Xəbərin oxunma sayı : 1606




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap