Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Strateji tərəfdaşlığın yeni üfüqləri

Tarix 23.04.26, 19:01

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbycanla dünyanın əksər dövlətləri arasında ikitərərəfli münasibətlər yaranmağa başladı, qarşılıqlı etimada, inama əsaslanan bu münasibətlər qarşılıqlı istəklərlə genişləndirildi. Bu gün bu münasibətlər həm siyasi, həm də iqtisadi əlaqələr formatında uğurla davam etdirilməkdədir. Belə münasibətlər Pribaltika dövlətləri ilə də qarşılıqlı etimad əsasında genişləndirilir. Bu proses dövlət başçılarının qarşılıqlı səfərləri ilə şərtlənir. Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri də bu siyasi münasibətlər tezisinin ifadəsidir və o, öz əksini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu rəsmi səfər zamanı mətbua-ta verdiyi bəyanatda da tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərini, bu baxımdan beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə ge¬niş şəkildə müzakirə edildiyini, bu əməkdaşlığın çox güclü arealı olduğunu, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin hüquqi mühit yaratdığını, münasibətləri daha geniş siyasi müstəvidə formalaşdırdığını xatırladaraq bildirdi ki, “...bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək”...

Bu və ya digər dövlətin iqtisadi inkişafı həm də dövlətlərarası münasibətlərlə şərtlənir. Qarşılıqlı investisiyalar, sərmayə qoyuluşları da bu şərtlər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki ölkəyə yatırılacaq sərmayələrin yüksək iqtisadi nəticələri olacağına inandığını da bildirərək dedi: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəa¬liyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.
Latviyanın ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını xatırladan dövlət başçımız mətbuata bəyanatında vacib bir məsələ haqqında da fikirlərini bildirdi. Son illərdə dünyanın nizamını pozan siyasi qarşıdurmaları, müharibə şəraitlərini, müharibələri nəzərə alan,  xarici siyasəti sülh, əmin-amanlıq, dinc yanaşı yaşama olan dövlətlər Azərbaycanın xarici siyasətinin nəyə əsaslandığını səmimiyyətlə etiraf edir. Bu etiraf İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra daha parametrli şəkildə ifadə olunur. Dövlət başçımız həm Cənubi Qafqazda, həm də Baltik regionunda təhlükəsizlik məsələləri haqqında da fikirlər bildirərək dedi: “Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasən istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

İki dövlət arasında imzalanan əməkdaşlıq sənədləri siyasi münasibətlər müstəvisində Azərbaycanla Latviya arasında münasibələrin istiqamətlərinin göstəricidir.

Vüsalə Həsənova



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap