![]() |
|














Maşınınızı tullantı kimi satsanız, nə qədər qazanacaqsınız? - FOTO
Tarix 07.06.23, 13:06 |
|
.jpg)
Hələ ölkə prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Ötən müddət bu işlərin hansı mexanizmlər əsasında aparılacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bunlardan biri yararsız avtomobillərin dövlət vəsaiti hesabına utilizasiyası olub.
“Qafqazinfo”nun məlumatına görə, artıq avtomobillərin utilizasiyası ilə bağlı tədbirlərin nədən ibarət olacağı məlumdur. Bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda, İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihələri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclaslarında müzakirə edilib və plenar iclasa tövsiyə edilib.
Maraqlıdır, dəyişikliklər nədən ibarətdir və hansı nəticələrə gətirib çıxara bilər?
“İstehsalat və məişət tullantıları haqqında” hazırda qüvvədə olan qanuna görə, utilizasiya tullantılardan lazımi materialların ayrılaraq təkrar istifadə üçün yararlı hala salınmasıdır. Bu qanuna təklif edilən dəyişikliyə görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd veriləcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq.
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Nəqliyyat vasitələri utilizasiyaya verildikdə ərizə, onun haqqında sərəncam vermə hüququnu təsdiq edən etibarnamə, dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı və digər sənədlər tələb olunacaq. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd veriləcək. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Dəyişikliyə görə, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) qanunvericiliklə müəyyən olunmuş operatora göndərəcəklər. Operator sənədlər təqdim edildiyi gündən 30 iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək.
Avtomobilini utilizasiyaya verib təsdiqedici sənəd alan şəxs güzəştli şərtlə yeni avtomobil almaya da bilər. Bu zaman ona avtomobilinə görə müəyyən edilmiş güzəştin əvəzinə güzəşt məbləğindən az olmaqla birdəfəlik ödəniş verilə bilər. Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək. Milli Məclisin komitələrinin birgə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib ki, məbləğlər kənd təsərrüfatı texnikaları üçün ən azı 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Onun sözlərinə görə, daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verildiyindən, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Birdəfəlik ödəniş məbləği güzəşt məbləğinin 50 faizi həddində planlaşdırılır.
Avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödənişin nəqliyyat vasitələrinin utilizasiyası fondunun hesabına həyata keçiriləcəyi nəzərdə tutulub. Bu məqsədlə ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək. Fondun maliyyələşdirilməsində digər mənbələr də yer alıb.
Texniki baxış zamanı utilizasiya haqqının məbləği açıqlanmasa da, ölkəyə gətiriləcək avtomobillər üzrə bu məbləğin 4 ildən 7 ilə qədər istehsal müddəti olanlar üçün 400 manat, 7 ildən yuxarı üçün isə 700 manat nəzərdə tutulur. Lakin M.Laçınov bu rəqəmlərin hələlik dəqiq olmadığını, bu istiqamətdə müzakirələrin davam etdirildiyini və dəyişməsinin mümkünlüyünü vurğulayıb.
Qəbul ediləcəyi halda, dəyişikliklər 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Lakin dəyişikliklər özü ilə bir xeyli suallar yaratmaqdadır.
Bunlardan başlıcası ölkədə utilizasiyaya gedəcək avtomobilləri əvəz edəcək sayda istehsalın olub-olmayacağıdır. Ümumilikdə, Azərbaycanda 1 milyon 700 mindən çox nəqliyyat vasitəsinin olduğu, bunun da 60 faizinin və ya 1 milyon 20 min avtomobilin “yaşı”nın 20 ildən çox olduğu bildirilir. Bunun da əksər hissəsini minik avtomobilləri təşkil edir. Ölkədə avtomobil istehsalı isə bu göstəricidən xeyli azdır. Rəsmi statistikaya görə, təkcə ötən il ərzində ölkədə cəmi 2049 ədəd minik avtomobili istehsal edilib.
Digər tərəfdən könüllü olacaq utilizasiya müqabilində güzəşt və ya birdəfəlik ödənişin məbləğinin köhnə avtomobil sahiblərinin buna nə dərəcədə təşviq edəcəyi də məlum deyil. Son illərdə gömrük rüsumu və vergilərin artması ilə yanaşı, aprel ayından başlayaraq “yaş”ı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasının daxili bazarda bahalaşmanı qaçılmaz etməsi vətəndaşı köhnə avtomobilindən “bərk yapışmağa” sövq edir. Belə vəziyyətdə vətəndaşın böyük olmayan güzəştin müqabilində yeni avtomobil alması və ya az məbləğdə birdəfəlik ödənişə görə mövcud avtomobilindən imtina etməsi real görünmür.
M.Laçınov bildirib ki, utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq imkanı olmasın. Utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq. Bu fikir özü-özlüyündə onu deməyə əsas verir ki, utilizasiya o avtomobillər üçün nəzərdə tutulub ki, onun istismarı mümkün deyil.
Təbii ki, belə avtomobillər üçün böyük məbləğdə güzəşt və ya birdəfəlik ödəniş gözləmək də əbəsdir. Bu halda avtomobilini utilizasiyaya verəcək şəxs ya güzəştlə yanaşı, xeyli məbləğ ödəyib yeni avtomobil almağa hazır olmalıdır, ya da ki, az məbləğdə birdəfəlik ödənişlə qane olmalıdır.
Bundan əlavə, avtomobil idxalı zamanı gömrük rüsumu, aksiz vergisi, əlavə dəyər vergisi və digər ödənişlərlə yanaşı, utilizasiya haqqının da ödənməsi ölkəyə gətirilən avtomobillərin qiymətinin daha da artmasını şərtləndirəcək.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, utilizasiya proqramının həyata keçirilməsində məqsəd həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması olmalıdır. Bu barədə danışan ekspert bildirib ki, proqram mərhələlərlə həyata keçirilməklə effektiv olmalı və yarımçıq qalmamalıdır. Beynəlxalq təcrübədən bəhs edən ekspert qeyd edib ki, hər ölkə utilizasiya proqramını icra edə bilmir, yalnız dayanıqlı iqtisadiyyata malik olanlar bunu həyata keçirə bilir: ”Dünyanın müxtəlif ölkələrində avtomobillərin utilizasiyası fərqli qaydada həyata keçirilir. Elə ölkələr var ki, bu proqrama getmirlər. Digər yollarla avtomobil parkının yenilənməsini aparırlar. Rusiyada, Almaniyada, ABŞ-də fərqlidir. Elə ölkələr var ki, utilizasiya rüsumu avtomobilin ölkəyə idxalı zamanı orada yerindəcə tutulur. Elə ölkələr də var ki, utilizasiya rüsumu avtomobil artıq bu prosesə gedən müddətdə alınır. Ölkələr də var ki, utilizasiya rüsumu, ümumiyyətlə, tutulmur. Utilizasiya proqramı əbədi olmur, müvəqqəti xarakter daşıyır”.
E.Cəfərovun sözlərinə görə, bəzi ölkələrdə avtomobil utilizasiyaya gedən müddətdə qiymətləndirilir. Onun qiyməti məbləğində vauçer verilir. Vətəndaş pul əvəzi olan vauçerin üzərinə vəsait əlavə etməklə, həmçinin avtomobil dilerlərinin də güzəşti ilə yeni avtomobil ala bilir.
Ölkəmizə gəldikdə, ekspert xatırladır ki, Azərbaycan iri avtomobil sənayesi ölkəsi deyil:
”Ölkəmizdə ildə cəmi iki minə qədər minik avtomobil yığılır. Düşünürəm ki, ona görə bu proqramı indiki vəziyyətdə həyata keçirmək bir qədər tez ola bilər. Əgər vətəndaşın avtomobilini utilizasiyaya göndəririksə, ona alternativ verməliyik. Amma alternativ hələ ki, bizdə yoxdur”.
E.Cəfərov bu qənaətdədir ki, alternativləri yaratmaq üçün dövlət artıq bir neçə iri avtomobil istehsalçıları ilə müəyyən görüşlər təşkil edir. Son görüş Özbəkistanın iri avtomobil konserni ilə olub. Belə qərara alınıb ki, Özbəkistanda istehsal olunan avtomobillərin ehtiyat hissələri ölkəmizdə istehsal olunsun. Sonrakı mərhələdə, görünür, artıq ölkəmizdə bu avtomobillər də istehsal oluna biləcək. İl ərzində Azərbaycanda heç olmasa, 20 min avtomobil istehsal olunsa, düşünürəm ki, o zaman biz deyə bilərik ki, bəli, artıq vətəndaşı yeni avtomobillərlə təmin edə bilirik”.
Ekspert həmçinin utilizasiyaya gedən avtomobillərin qiymətləndirilməsi zamanı bazar qiymətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Xəbərin oxunma sayı : 559
loading...
Sosial
Xəbərlər
-
Ən güclü məşqçilər hansı ölkədədir? - Mourinyu aydınlıq gətirdi
-
Ali məktəblərimiz rəqabətə tab gətirmirlər? - VİDEO
-
“Evimiz-İpolteka Şirkəti” MMC-nin ipoteka dələduzluğu: 250 mindən çox pul mənimsənilib
-
“Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik” - Lavrov
-
Yeddi erməni vətəndaşlıq üçün Azərbaycana müraciət edib - FOTO
-
Bakıda qadınların “ürəyinə“ yol tapan Elman Eminov kimdir? - Brilyantlar, qızıllar, pullar... (VİDEO)
-
“Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir“ - Lavrov
-
“Xənkəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutulub” - Rusiya MN
-
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah-sursatın SİYAHISI
-
Maşınları dəyərindən ucuz qiymətə satışa çıxardı, beh alıb aradan çıxdı - VİDEO
-
“Cəbrayılda 32 yaşayış binasının inşası nəzərdə tutulub“ - MİDA
-
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - RƏSMİ
-
“Yaxın vaxtlarda “Akınçı“ PUA-ları Azərbaycana təhvil veriləcək” - Selçuk Bayraktar
-
“Qarabağda Azərbaycan manatının tam tədavülə keçməsi təmin edilir“ - Prezident Administrasiyası
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub - Nazirdən ƏMR
-
“1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazımdır” - Emin Hüseynov
-
“Əl-Qaidə” xüsusi təyinatlılarının rəhbərinin həyatına qəsd edib - Yəməndə
-
Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib - VİDEO
-
Buraxılış kartı veriləcək taksilər üçün tələblər açıqlanıb
-
Xarici media nümayəndələri Xocalıda narkotik plantasiyasının aşkarlandığı əraziyə gəliblər - FOTOLAR
-
Azərbaycanda son bir həftədə 380 nəfər COVID-19-a yoluxub, 11 nəfər ölüb - FOTO
-
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işləraçıqlanıb - RƏSMİ
-
Turizm sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
-
“Nar” metroda şəbəkəsini gücləndirir
-
Xocavənddə 4 körpüyə partlayıcılar quraşdırılıbmış... – Fotolar
-
Oman körfəzində əməliyyat: Altı ton narkotik müsadirə edilib
-
Koronavirus “sürprizlər“ edəcək - Xəbərdarlıq
-
Avtoritar idarəçilik çökür - “Vaşinqton Post”
-
Xankəndidə radio-televiziya yayımı bərpa olunur - Nazirlikdən açıqlama
-
İrandan gətirilən 24 kq narkotik aşkarlanıb, 7 nəfər tutulub - VİDEO
-
Zəngilan Konqres Mərkəzi belə tikilib - VİDEO
-
Xocalıda narkotik plantasiyası aşkarlanıb - FOTO
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub - Nazirdən ƏMR
-
İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - FOTO
-
Bakıda yağış, bölgələrdə leysan gözlənilir - Sabahın havası
-
“Təəssüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir“ - Deputat
-
Deputat Ağalar Vəliyev Qanlıgöl sakinlərinə qan uddurur - VİDEO
-
Ötən il bəraət almışdı - bu dəfə 10 il həbs cəzası verildi
-
MİT Suriyada əməliyyat keçirib - PKK-nın “rəhbər şəxsi“ məhv edilib
-
“Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik“ - Prezident İlham Əliyev
-
Pensiyalarla bağlı sevindirici xəbər - Artım bu qədər olacaq
-
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilir - Prezident çıxış edib
-
“Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub“ - Prezident
-
Milli Məclisdə payız sessiyasının ilk iclası başladı - Gündəlikdə olanlar
-
“Bu, Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür“ - Prezident
-
Türkiyənin iki əyalətində antiterror əməliyyatı keçirilib - 20 nəfər saxlanılıb
-
“Müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu günlər çox önəmlidir“ - Prezidentin köməkçisi
-
Xaçaturyanın məhkəməsi başlayır - 59 nəfər zərərçəkmiş var
-
“Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi” - Tramp
-
“Türkiyə Avropa İttifaqından artıq heç nə gözləmir“ - Ərdoğan
-
Ən güclü məşqçilər hansı ölkədədir? - Mourinyu aydınlıq gətirdi
-
Rus oliqarxının əsirliyindəyəm - Saakaşvili
-
“Castin Trüdo Kanadada söz azadlığını məhv etməyə çalışır“ - İlon Mask
-
Türkiyədən terror aktına cavab: Çoxlu sayda PKK-çı məhv edildi
-
İlk sevgisindən danışdı: “Münasibətimiz boyunca hər gün...“
-
Demoqrafik fəlakətə doğru... - ARAŞDIRMA
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində
-
Azərbaycanda sement bahalaşdı - VİDEO
-
Britaniya müdafiə naziri: “Döyüş təyyarələri Polşaya enib”
-
40-dan çox şəxsə saxta sənədlə torpaq satıldı - KURYOZ DƏLƏDUZLUQ
-
Avropanın ən böyük qaz yatağında hasilat DAYANDIRILIB
-
Plastik zibil qabları nə qədər etibarlı və təhlükəsizdir? - ARAŞDIRMA
-
Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat - FOTO
-
Messi ailəsilə ilə azərbaycanlı iş adamının səmimi görüntüləri yayıldı – VİDEO
-
Gürcüstan polisi erməni diasporasının Azərbaycana qarşı təxribatına icazə verməyib - FOTOLAR
-
Varşavada miyondan çox insan küçələrə axışdı - VİDEO
-
Kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər ediləcək? - ARAŞDIRMA
-
“Azərbaycan ərazisi Qarabağ 30 illik işğaldan sonra azadlığa qovuşub” - Ərdoğan
-
Xankəndidəki qalmaqallı abidə: Müəllifi kimdir, necə tikilib?
-
Prokurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb - FOTOLAR
-
“Bu, terrorçuların son çırpıntılarıdır” - Ərdoğan
-
Azərbaycan həkimləri Xankəndidə işə başladılar - VİDEO
-
“Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir“ - Hikmət Hacıyev
-
Beyləqanın kəndlərində həyətyanı sahələri su basıb - FOTO/VİDEO
-
DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO
-
BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar - FOTO
-
Qarabağ erməniləri öz müqəddəratlarını müəyyən etdilər - VİDEO
-
Xocavənddə Azərbaycan bayrağı dalğalandırıldı - VİDEO
-
İtkin Natiqin hekayəsi, şəklini “tanımayan“ Balasanyan: “Doğradılar...“ - ŞOK
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xankəndidə tələ qurğular, silah-sursat aşkarlandı – Fotolar
-
BDU yanğından mühafizəyə 3,3 milyon manat verir – Tender
-
“İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır” - Vüqar Bayramov
-
Leysan, dolu, qar – Sabahın havası
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
“İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq” - Kamran Əliyev
-
Şəhid Vüsal Orucov Qusarda dəfn olundu - FOTOLAR
-
Boşanmalar çoxalır, nikahlar azalır, qocalma sürətlənir: Çıxış yolu nədir?
-
Pomidoru qəfil bahalaşdıran nədir? - ARAŞDIRMA
-
Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib - Ölən və yaralılar var
-
“300-dən çox erməni separatçısı beynəlxalq axtarışa verilib“ - Baş prokuror açıqladı
-
“ATİ-nin intihar hücumunda əli var“ - Pakistan DİN
-
Pula qənaət etməyin ən effektiv yolları açıqlandı - FOTO
-
BMT-nin missiyası Qarabağa gəlib - FOTOLAR
-
“Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb“ - Prezident Administrasiyası
-
İlon Maskın atası: “Oğlumun bioqrafiyası cəfəngiyyatdır”
-
“Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən dinc regiona çevrilməsini istəyir” - Hikmət Hacıyev
-
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
-
Arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı keçirən məşhurlarımız - SİYAHI
-
Zaqatalada qumbara partladı - Vətən müharibəsi iştirakçısı öldü
-
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ + VİDEO
-
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə - Yeni qanun sabahdan qüvvəyə minir
-
Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
-
Daha bir briqada Xankəndiyə yola salındı - VİDEO
-
Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - VİDEO
-
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın SON SİYAHISI + FOTO
-
Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA
-
Şimal bölgəsində müəllim çatışmazlığı: Xarici dil və dəqiq elmlər üzrə kadrlara ehtiyac var
-
Bakıda məşhur restoranda dava – Polislər tanınmış həkimi bölməyə apardı
-
Ermənistan yenə rəzil oldu - 100 minlik yalan, BMT şilləsi və...
-
“Azərbaycan məni də tələb edəcək” - Movses Akopyan
-
Fermerlər aqrar sığortadan niyə şikayət edirlər? - SƏBƏBLƏR
-
Tramp Baydeni parodiya etdi - VİDEO
-
Ermənistan ərazisindən snayper atəşi açılıb - Hərbi qulluqçumuz şəhid olub
-
“Baykar” Ukraynaya 100 milyonluq yatırım edir – “Tikinti artıq başlayıb”
-
Riad Əhmədovla çiyin-çiyinə vuruşan döyüş yoldaşı danışdı - VİDEO
-
İlham Əliyev Çin sədrini təbrik etdi - “Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə...“
-
Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı
-
“Rəsmilərimiz ABŞ-da radikal erməni qruplarının təzyiqlərinə məruz qalıb“ - Türkiyə XİN (VİDEO)
TOP 10
ARXİV