“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Tarix 15.07.25, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.

Bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib.

"Bu, uşaqlar üçün alınan "Bolluq LTD" MMC məhsuludur. Sizcə bunu uşaq yesə sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün", - deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı "Bolluq LTD" MMC-nin Keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdiri Məmməd Dünyamalıyev saytımıza açıqlamasında bildirib ki, şikayət araşdırılıb və həmin məhsulun "Bolluğ"a məxsus olmadığı üzə çıxıb: "Məlumat bu gün səhər bizə daxil olub. Həmin məhsulun foto müşahidəsi aparılanda elə görünür ki, qeyd olunan peçenye yağlıdır və onun tərkibi iki lay qatdan ibarətdir. Amma orada göstərilən məhsul isə üç qatlı tort məhsulunun strukturudur. Yəni ambalaj bizimdir, amma orada qoyulan məhsulun isə bizim məhsulla uzaqdan-yaxından əlaqəsi yoxdur. Dəfələrlə belə hallar baş verib. Yəni selofan bizim olur, içinə isə suxarı məhsulu tökürlər ki, bu, "Bolluğ"un məhsuludur, içindən iy gəlir və s. Məhsulu araşdırdıqda isə görürsən ki, suxarı qırıntılarının heç bizim istehsalımızla əlaqəsi yoxdur. Bunlar hamısı şantaj xarakterlidir və yaxud müəyyən bir vəsait almaq üçün edilir"./qafqazinfo.az





Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap