“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO

Tarix 15.07.25, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib.

Söhbət HPV peyvəndindən gedir. HPV peyvəndi dünyada uşaqlıq boynu xərçənginə səbəb olan papiloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunur.

Hande Harmancı deyib ki, Səhiyyə Nazirliyi bu peyvəndin Azərbaycanda da tətbiq olunması ilə bağlı müsbət mövqedədir. HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.

Hande Harmancı həmçinin bildirib ki, COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur. Xüsusilə 65 yaş üzəri insanlar risk qrupundadır.

Tədbirdə Azərbaycanda sağlam şəhərlərin yaradılması ilə bağlı danışıqların aparıldığı və bununla bağlı ətraflı məlumat veriləcəyi də bildirildi.





Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap