“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Tarix 14.07.25, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda vətəndaşların sovet dönəmindən qalan "-ov”, "-yev” sonluqlu soyadlarının dəyişdirilməsi məsələsi illərdir ictimai müzakirə mövzusudur.

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Ədliyyə Nazirliyindən bildirilib ki, "-ov”, "-yev” sonluqlu soyadların dəyişdirilməsi üçün hüquqi imkanlar mövcuddur.

Nazirlikdən deyilib ki, "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları "-ov”, "-yev” sonluqlu soyadlarını "-lı” (sözün kökündən asılı olaraq "-li”, "-lu”, "-lü”), "-zadə”, "-oğlu”, "-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. 

Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının  və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsi əsasında onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.
 
Eyni zamanda yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq Qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Hazırda soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. 

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap